DÜNYA
MİSİR EHRAMLARINI MƏHV OLMAQ TÜHLÜKƏSİ GÖZLƏYİR
Maraqlıdır ki, dünyanın möcüzələri sayılan abidələrin “qatilləri” burada daim qaynaşan turistlərdir. Məsələn, Tutanxamonun sərdabəsinə hər gün 500-dən çox turist gəlir və onlardan hər biri abidənin divarlarında nəfəslə birlikdə ayrılan təxminən 20 qram kondensat qoyur. Beləliklə, təxminən 20 ildən sonra tədricən yığılan 10 min qram buxar əhəngdaşı ilə reaksiyaya girərək, sərdabəni məhv edəcəkdir. Sakkaradakı üçüncü minilliyə aid və təxminən 5 min il yaşı olan firon Coserin pilləli ehramını da belə bir tale gözləyir.
Turistlərin bu abidələrə daxil olmalarına qadağa qoymaq vəziyyətdən yeganə çıxış yoludur. Lakin turistlər hər il bu ölkənin xəzinəsinə 4 milyard ABŞ dolları gəlir verirlər. Digər tərəfdən isə, antik abidələrin məhvi, əsasən, turizm biznesinin hesabına mövcud olan ölkə iqtisadiyyatının iflasıdır.