MİSİR MİLLİ MUZEYİNDƏN QƏDİM ƏŞYALAR OĞURLANMIŞDIR
Muzeydə qarşıdakı təmir işləri ilə əlaqədar 60 minə yaxın eksponatın yeni saxlanca göndərilməsi ərəfəsində aparılan inventarlaşdırma və siyahıyaalma zamanı bəzək əşyalarının yoxa çıxdığı aşkar edilmişdir. Bu bəzək əşyalarını arxeoloqlar 1905-ci ildə apardıqları qazıntılar zamanı tapmışdılar.
Misirin Qədim abidələr üzrə Ali Şurasının baş katibi Zahi Həvvas bu əşyaların, çox güman ki, 2000-ci ilə qədər oğurlandığını bildirmişdir. Çünki həmin ildən etibarən muzeydə yeni mühafizə sistemləri qurulmuşdur. Hələlik isə dəqiq məlumdur ki,1994-cü ildə bəzək əşyaları muzeydə olmuşdur. O zaman həmin əşyaların fotoşəkilləri çəkilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:04]
Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb
- 02.10.2026 [02:10]
“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO
- 01.10.2026 [23:51]