Misir Nəzəri Fizika Mərkəzinin prezidenti BDU-da elmi seminar keçirib
Bakı, 5 aprel, AZƏRTAC
Misir Nəzəri Fizika Mərkəzinin prezidenti, akademik Abdel Nasser Taffik Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində “Born qarşılığı, minimum uzunluğun qeyri-müəyyənliyi və diskretlənmiş Finsler quruluşunun köməyi ilə ümumi nisbilik nəzəriyyəsinin və kvant mexanikasının birləşməsi” mövzusunda onlayn elmi seminar keçirib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Məruzəçi bildirib ki, ümumi nisbilik nəzəriyyəsi və kvant mexanikasını birləşdirmək üçün Born qarşılığı və nisbi ümumiləşdirilmiş qeyri-müəyyənlik prinsipləri tətbiq edilir.
Qeyd olunub ki, müvafiq tədqiqat klassik ümumi nisbilik nəzəriyyəsini qoruyur, lakin kvant-mexaniki miqyasın daxil edilməsi üçün tətbiq olunmasının genişləndirilməsini təklif edir.
Sonda mövzu üzrə müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [17:04]
Dövlətçiliyimizin sabitlik və inkişaf mərhələsi - lektoriya
- 12.06.2026 [16:53]
“Yüksəliş” müsabiqəsinin 116 qalibindən 25-i Dövlət Proqramı məzunudur
- 12.06.2026 [16:27]
BMU və Çinin Pekin Kimya Texnologiya Universiteti birgə fakültə təsis etdi
- 12.06.2026 [15:55]