Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb
Qahirə, 16 noyabr, AZƏRTAC
Misirin “Nile1” informasiya portalının baş redaktoru Mahmud Diab Azərbaycanın qədim şəhəri olan Şuşa barədə Dövlət Tərcümə Mərkəzinin hazırladığı “Şuşa həqiqətləri” videoçarxı haqqında məqalə yazıb.
AZƏRTAC xəbər verir ki, “Şuşa həqiqətləri: Azərbaycan ermənilərin Qarabağda törətdikləri vəhşilikləri sənədləşdirir” sərlövhəli məqalədə Şuşanın tarixindən, Rusiya və İran arasında bağlanmış Türkmənçay müqaviləsinə əsasən Dağlıq Qarabağa köçürülmüş ermənilərin Azərbaycanın qədim mədəniyyət mərkəzi olan bu şəhərdə törətdiyi vəhşiliklərdən ətraflı bəhs edilir. Qeyd olunur ki, beynəlxalq internet məkanında, sosial şəbəkələrdə ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, ispan və alman dillərində yayımlanacaq material xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib. Hazırda Azərbaycanın Misirdəki səfirliyi bu videoçarxı qəzetlərdə, informasiya portalları və televiziya kanallarında yayır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:05]
“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə
- 30.09.2026 [18:41]
Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək
- 30.09.2026 [18:06]
Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO
- 30.09.2026 [18:03]