Misirdə Ulu Öndərin 100 illiyinə həsr olunmuş “Qurani-Kərim”in hifz edilməsi müsabiqəsi keçiriləcək
Bakı, 25 iyul, AZƏRTAC
Misirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Qurani-Kərim”in hifz edilməsi müsabiqəsi keçiriləcək.
AZƏRTAC “Əl Masr əl Yum” qəzetinə istinadla xəbər verir ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək müsabiqədə 18-40 yaş arasında olan yerli sakinlər və əcnəbilər iştirak edə biləcəklər. İştirak etmək istəyənlər [email protected] elektron poçtuna müraciət edə bilər. İyulun 26-sı müraciət üçün son gündür. Müsabiqənin keçirilməsinin dəqiq tarixi barədə əlavə məlumat veriləcək.
Misirin Qalyubiyyə vilayəti qubernatorluğunun rəsmi saytında qeyd olunub ki, müsabiqənin qalibləri üçün pul mükafatı təsis edilib. Ən yaxşı hafizlərin adları 2023-cü ilin avqustunda münsiflər heyətinin iclasından sonra elan ediləcək. Misir-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən müsabiqənin bütün iştirakçılarına təşəkkürnamələr təqdim olunacaq.