MİSİRDƏ “XALQLAR GÜNÜ” SƏRGİSİNDƏ AZƏRBAYCAN DA TƏMSİL OLUNMUŞDUR
Misirdə təhsil alan tələbələrimiz Azərbaycanın tarixi, mədəniyyəti, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü haqqında geniş məlumat vermiş, ümummilli liderimiz Heydər Əliyevin portretlərini, respublikamızın müxtəlif bölgələrindəki mənzərəli yerlərin fotoşəkillərini, habelə erməni millətçilərinin xalqımıza qarşı zaman-zaman törətdikləri soyqırımı və terror aktlarına dair fotosənədləri nümayiş etdirmişlər.
Festivalın davam etdiyi günlərdə tələbələrimiz iştirakçılara ölkəmizə dair broşürlər paylamışlar.
Misirin Eyn üş-Şəms Universitetində “Azərbaycan günü” keçirilmişdir. Milli şirniyyat nümunələrimizin təklif edildiyi tədbirdə qonaqlara Ermənistanın ölkəmizə təcavüzü, işğal altındakı torpaqlarımız barədə məlumatlar verilmiş, milli musiqi və rəqslərimiz ifa olunmuşdur.
Azərbaycan tələbələri 2-ci yer tutaraq, festivalın 25 illiyinə həsr olunmuş orden və fəxri diplomlarla təltif edilmişlər. Eyn üş-Şəms Universitetinin rektoruna tələbələrimiz adından AMVTC-nin hədiyyələri təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]