Misirin Dövlət İnformasiya İdarəsi “Reuters” agentliyini məhkəməyə verə bilər
Qahirə, 30 mart, AZƏRTAC
Misirin Dövlət İnformasiya İdarəsi nüfuzlu “Reuters” informasiya agentliyini məhkəməyə verə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə idarənin rəsmi bəyanatında bildirilib.
Agentliyin martın 29-da səhər saatlarında yaydığı Süveyş kanalının güclü külək nəticəsində yenidən bağlanması haqqında xəbərə etiraz edən Misirin informasiya idarəsi tələb edib ki, “Reuters” bütün dünya mətbuatının istinad etdiyi bu yalan məlumata təkzib versin.
İdarənin rəhbəri, jurnalist Diaa Raşvan bildirib ki, etibarlı mənbəyə söykənməyən və həqiqətə uyğun olmayan informasiya yaymaq “Reuters” kimi nüfuzlu agentliyin etibarına xələl gətirməklə yanaşı, 6 gün ərzində Süveyş kanalının açılması üçün gərgin fəaliyyət göstərən Misirin hökumət strukturlarına etimadsızlıq yaradır.
O, agentliyin Qahirədəki ofisinə zəng edərək, tez bir zamanda təkzib verilməsini tələb edib, əks halda, Misir qanunlarına və beynəlxalq hüquqa uyğun olaraq zəruri tədbirlər görüləcəyini deyib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]
Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]