“MİSS AZƏRBAYCAN-2006” RESPUBLİKA GÖZƏLLİK MÜSABİQƏSİ BAŞA ÇATMIŞDIR
“Dəryanur Production”, Cagteks, Prestij, Bakı Əyləncə Mərkəzi, “Union park” yaşayış kompleksi, “7 gözəl” salonu və digər şirkətlərin təşkilatçılığı ilə keçirilən tədbir müsabiqə iştirakçılarının Şərq musiqisinin sədaları altında səhnəyə gəlişi ilə başlanmışdır. Pərvanə Əfəndiyevanın başçılığı ilə keçirilən müsabiqədə 19 qız bir neçə nominasiya üzrə yarışmışdır. Mərasimdə yarışma iştirakçıları müxtəlif geyimlərdə rəqs şouları göstərmiş, Azərbaycan estradasının populyar müğənniləri, əməkdar artist Aygün Kazımova, Elnur, Xatirə, “Natiq” ritm qrupu, türk estradasının ulduzu Petek Dinçöz, “Tual” qrupu və başqaları konsert proqramı ilə çıxış etmişlər. Münsiflər heyətinin qərarı ilə Şövkət Qasımova “Miss Azərbaycan-2006” müsabiqəsinin qalibi - Azərbaycan gözəli elan olunmuşdur. Müsabiqənin qaliblərinə sponsorların mükafatları təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub
- 09.10.2026 [10:33]
“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb
- 08.10.2026 [19:43]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:02]