Mobil rabitə xidmətlərindən əldə olunmuş gəlirlərin həcmi 7,3 faiz artıb
Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycanda bu ilin yanvar-noyabr aylarında mobil rabitə xidmətlərindən əldə olunmuş gəlirlərin ümumi həcmi 836,3 milyon manat təşkil edib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil rabitə xidmətlərindən əldə edilmiş gəlirlərin həcmi 7,3 faiz artıb. Mobil rabitə xidmətlərinin payına ölkənin informasiya və rabitə sektorunda əldə edilmiş gəlirlərin 57,2 faizi düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]