Modul tipli təmizləyici qurğuların vəziyyətini müəyyənləşdirmək məqsədilə monitorinqlərə başlanılıb
Bakı, 6 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhalinin təmiz içməli su ilə təmin olunması məqsədilə 2007-ci ildən başlayaraq bir çox kəndlərdə modul tipli təmizləyici qurğular quraşdırıb. Hazırda həmin qurğulara “Azərsu” Açıq Səhmdar Cəmiyyəti xidmət göstərir. Nazirlik həmin qurğuların hazırkı vəziyyətini müəyyənləşdirmək üçün monitorinqlərə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev məlumat verib.
Nazir müavinin sözlərinə görə, qurğuların vəziyyəti ilə bağlı aparılan monitorinqlərin nəticələri hökumətə təqdim olunacaq.
Xatırladaq ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev kəndlərdə quraşdırılmış modul tipli təmizləyici qurğuların bir neçəsinin sıradan çıxması barədə məlumatların olduğunu bildirib və bu qurğuların fəaliyyəti ilə bağlı monitorinqlərin keçirilməsini tapşırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:17]
Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ
- 05.10.2026 [12:53]
Sabah yağış yağacaq VİDEO
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]