Moldovada ABŞ və Rumıniya əsgərlərinin iştirakı ilə hərbi təlimlər keçirilir
Kişineu, 1 aprel, AZƏRTAC
Moldovada Rumıniya və ABŞ hərbçilərinin iştirak etdiyi çoxmillətli JCET-2024 hərbi təlimləri başlayıb. Təlimlər aprelin 1-dən 19-dək keçiriləcək.
AZƏRTAC bu barədə Moldova Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.
Departament qeyd edib ki, təlimlərin məqsədi Moldova, Rumıniya və ABŞ xüsusi təyinatlıları arasında birgə təlim və təcrübə mübadiləsi, habelə iştirakçı kontingentlərin qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasıdır.
Bu il tədbirdə Moldova Dövlət Mühafizə və Təhlükəsizlik Xidmətinin və “Pantera” xüsusi təyinatlı dəstəsinin nümayəndələri də iştirak edəcəklər.
Ssenariyə əsasən, hərbçilər paraşütlə tullanma, gündüz və gecə təkmil canlı atəş təlimləri və xüsusi tapşırıqlar üzrə səhra təlimləri həyata keçirəcəklər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]