MOLDOVADA AZƏRBAYCAN SƏFİRLİYİ NÜMAYƏNDƏLİYİNİN AÇILIŞ MƏRASİMİ
Səfir cənab A.Stratanı yüksək vəzifəyə təyin olunması münasibətilə ürəkdən təbrik etdi və bu məsul vəzifədə ona uğurlar arzuladı. Sonra o, səfirliyimizin birinci katibi, Azərbaycan səfirliyinin Moldovadakı nümayəndəliyinin rəhbəri Azər Xudiyevi Moldova xarici siyasət idarəsinin başçısına təqdim etdi. Qeyd olundu ki, Moldova Azərbaycan üçün öncül əhəmiyyətə malikdir və Kişinyovda nümayəndəliyin açılması qərarı da məhz bununla bağlıdır. T.Əliyev nazirə Azərbaycanda iqtisadi və sosial sahələrin indiki dinamik inkişafı barədə məlumat verdi, ölkələrimizin ərazisində qondarma, separatçı qurumların olduğunu xatırlatdı, qaçqın-köçkünlərlə bağlı problemlərdən danışdı.
Görüşdə iqtisadi xarakterli məsələlərdən, GUÖAM-ın persperktivlərdən də söhbət getdi.
Moldovanın xarici işlər naziri Dnestryanı və Dağlıq Qarabağ münaqişələri ilə bağlı problemlərin ölkələrimizin lazımınca inkişafına əngəl törətdiyini vurğuladı və dövlətlərimiz arasında fəal əməkdaşlıq meylini dəstəklədiyini bildirdi.
Həmin gün Kişinyovda, A.Mateyeviç küçəsindəki, 27\001 nömrəli binada Moldovada Azərbaycan səfirliyi nümayəndəliyinin təntənəli açılış mərasimi keçirildi. Ümumi sahəsi 300 kvadrat metr olan və rahat şəraitə malik, əla təmir edilmiş ikimərtəbəli bina şəhərin mərkəzi hissəsində, ABŞ, Türkiyə, Belarus və Polşa səfirliklərinin qonşuluğunda yerləşir.
Səfir T.Əliyev çoxsaylı qonaqları səmimiyyətlə salamlayaraq dedi ki, nümayəndəliyin açılması Azərbaycan diplomatiyasının gücləndirilməsi sahəsində Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifənin həyata keçirilməsinin real təcəssümüdür.
Axşam Moldova Dövlət Dəftərxanasının Qəbullar evində diplomatik nümayəndəliyimzin açılışı münasibətilə təntənəli qəbul təşkil olundu. Qəbulda Azərbaycan diplomatları, Moldovanın icra və qanunverici orqanlarının, diplomatik korpusun, Moldova Azərbaycanlıları Konqresinin nümayəndələri iştirak edirdilər.