Moldovada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclası keçirilib
Moldovanın paytaxtı Kişineuda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Mədəniyyət üzrə işçi qrupunun mədəniyyətin turizmdə və ictimai həyatda roluna həsr olunmuş iclası keçirilib.
QDİƏT-ə üzv olan 12 ölkədən 8-nin qatıldığı iclasda Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Ramil Abbəkirov təmsil edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində bir neçə mühüm mövzular ətrafında müzakirələr aparılıb. İlk növbədə QDİƏT-in qəbul etdiyi qərarlar, tövsiyələr və bəyannamələrin icra statusları nəzərdən keçirilib. Müzakirə olunan digər məsələlər QDİƏT ölkələrində yaşayan gənclərin mədəniyyət sahəsində əməkdaşlığı, mədəni irs və mədəni mülkiyyətin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində imzalanacaq anlaşma memorandumu olub.
QDİƏT-in Mədəniyyət üzrə işçi qrupunun növbəti iclasının 2015-ci ilin mart-aprel aylarında təşkil olunması planlaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]