Moldovanın Audiovizual Şurasının sədr müavini: İnternet məkanı uşaqlar üçün təhlükələrlə doludur VİDEO

Bakı, 15 aprel, AZƏRTAC
Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun (BRAF) 11-ci Toplantısının əhəmiyyəti böyükdür. Uşaqların media xidmətlərində, o cümlədən onlayn məkanda qorunmasının təmin edilməsi çox vacibdir və bu, müzakirə mövzusudur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Moldovanın Audiovizual Şurasının sədr müavini Aneta Konsa aprelin 15-də Bakıda keçirilən BRAF-ın 11-ci Toplantısında jurnalistlərə açıqlaması zamanı səsləndirib.
O qeyd edib ki, internet məkanı uşaqlar üçün təhlükələrlə doludur.
“Forum bizim təcrübələrimizi paylaşmaq baxımından olduqca önəmlidir. Çünki hər bir ölkədə təcrübələrlə bağlı müxtəlif normativ-hüquqi aktlar var. Bizim məqsədimiz audiovizual media sahəsində tənzimləmə ilə bağlı hüquqi bazanı gücləndirmək, daha da təkmilləşdirməkdir”, - deyə Moldovanın Audiovizual Şurasının sədr müavini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.04.2025 [17:58]
Senator: Azərbaycanın təcrübəsi Rumıniya üçün mühüm nümunədir
- 29.04.2025 [17:42]
Zabratda avtomobil təmiri sexində yanğın baş verib
- 29.04.2025 [17:39]