Monteneqro Prezidenti ölkə parlamentini buraxıb
Podqoritsa, 17 mart, AZƏRTAC
Monteneqro Prezidenti Milo Cukanoviç ölkə parlamentinin buraxıldığını elan edib.
AZƏRTAC xəbər verir ki, Prezident Administrasiyası Milo Cukanoviçin qəbul etdiyi qərarla Monteneqro Parlamentinin buraxıldığı barədə məlumat yayıb. Mövcud qanunvericiliyə əsasən, Monteneqro parlamentinə növbədənkənar seçkilər qərar qüvvəyə mindikdən 100 gün sonra, yəni mayın ayının sonu və ya iyunun əvvəlində keçiriləcək.
Qeyd edək ki, Monteneqroda uzun müddətdir siyasi böhran davam edir. Belə ki, ölkədə yeni hökumətin formalaşdırılması üçün verilən müddət başa çatıb, hökuməti qurmaq öhdəliyi həvalə olunan keçmiş xarici işlər naziri Miodraq Lekiç lazımi dəstək ala bilməyib.
Xatırladaq ki, Monteneqroda Baş nazir Dritan Abazoviçin rəhbərlik etdiyi hökumət ötən il avqustun 19-da parlamentdə keçirilən etimad səsverməsi nəticəsində buraxılmışdı.
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]
Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]