Bakı, 1 noyabr, AZƏRTAC
Monteneqro xarici işlər naziri Srdjan Darmanovic Azərbaycanda səfərdədir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində xarici işlər naziri Srdjan Darmanovicin Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.