Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan vətəndaşları üçün test imtahanının nəticələri açıqlanıb
Bakı, 13 may, AZƏRTAC
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində (MDBƏU) Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün keçirilən test imtahanının nəticələri məlum olub. İmtahan 2019-cu il mayın 11-də keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin saytında imtahanda iştirak etmiş abituriyentlərin nəticələri təqdim edilib:
|
İŞ_N |
Topladığı bal |
Fənn blokları üzrə topladığı nisbi bal |
||||
|
B1 |
B2 |
B3 |
B4 |
B5 |
||
|
2-ci ixtisas qrupu (fənlərin ardıcıllığı: rus dili, riyaziyyat, coğrafiya, Azərbaycan tarixi, ingilis dili ) |
||||||
|
145303 |
533 |
69.000 |
78.000 |
78.000 |
67.000 |
85.000 |
|
117698 |
379 |
43.000 |
70.000 |
65.000 |
49.000 |
17.000 |
|
201171 |
181 |
80.000 |
23.000 |
3.000 |
14.000 |
35.000 |
|
169805 |
178 |
43.000 |
16.000 |
24.000 |
30.000 |
25.000 |
|
202044 |
İmtahanda iştirak etməyib |
|
|
|
|
|
|
3-cü ixtisas qrupu (fənlərin ardıcıllığı: rus dili, riyaziyyat, tarix, ədəbiyyat, ingilis dili ) |
||||||
|
126049 |
528 |
90.000 |
60.000 |
74.000 |
85.000 |
55.000 |
|
115618 |
432 |
80.000 |
38.000 |
49.000 |
85.000 |
51.000 |
|
115165 |
376 |
71.000 |
41.000 |
32.000 |
62.000 |
67.000 |
|
183071 |
351 |
64.000 |
11.000 |
30.000 |
62.000 |
90.000 |
|
153189 |
91 |
10.000 |
13.000 |
14.000 |
0.000 |
30.000 |
Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplamış, xarici dil fənnindən nisbi balı 50-dən az olmayan 3 abituriyentin müsahibəyə buraxılması nəzərdə tutulsa da, cəmi 2 abituriyent 500 baldan yuxarı nəticə göstərdiyi üçün 3-cü ən yüksək balı (432 bal) toplayan abituriyent də müsahibəyə dəvət edilib.
Müsahibə mayın 14-ü saat 15:00-da Dövlət İmtahan Mərkəzində təşkil olunacaq. Müsahibədə abituriyentlərin ümumi dünyagörüşü yoxlanılacaqdır. İkinci mərhələ MDBƏU tərəfindən Moskva şəhərində iyulun 5-də və 9-da keçiriləcək. Bu mərhələdə abituriyentlərin seçdikləri fakültədən asılı olmayaraq rus və əlavə bir xarici dil üzrə müsabiqədən kənar test imtahanında iştirak etməlidirlər.
İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar.
Qəbul olunanlardan aşağıdakı sənədlər tələb ediləcək:
1. Orta təhsil haqqında sənəd və onun Rusiya notariat kontorlarının biri və ya Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı konsulluğu tərəfindən təsdiq edilmiş tərcüməsi;
2. Milli pasportun surəti;
3. 3x4 sm ölçüdə ağ-qara, parıltısız 12 ədəd fotoşəkil;
4. Xroniki xəstəliklər barədə məlumatı əks etdirən tibbi arayış;
5. Döş qəfəsi orqanlarının rentgen (flüoroqrafik) müayinəsinin nəticəsi;
6. Tarixləri göstərilməklə edilmiş peyvəndlər (tetanus, qan, difteriya, vərəm) barədə tibb müəssisəsinin möhürü ilə təsdiqlənmiş məlumat;
7. Sifilis və Hepatit B müayinəsinin nəticəsi;
8. İİV infeksiyasının olmaması barədə beynəlxalq sertifikat.