MOSKVADA MDB İQTİSADİ ŞURASININ 27-Cİ İCLASI BAŞLANMIŞDIR
MDB-nin İcraiyyə komitəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Rusiya sənaye və energetika naziri Viktor Xristenkonun sədrliyi ilə keçirilən iclasın gündəliyinə MDB ölkələrinin gələcək iqtisadi inteqrasiyası ilə bağlı 15-dək məsələ daxil edilmişdir. Baş nazirlərin müavinləri MDB ölkələrinin cari və gələn il üçün vahid büdcəsi ilə bağlı məsələləri, o cümlədən “2001-2005-ci illərdə təbii qazdan avtomobil nəqliyyatı üçün mühərrik yanacağı kimi istifadə edilməsi” dövlətlərarası proqramının həyata keçirilməsinin vəziyyəti, malların istehsal olunduğu ölkənin müəyyən edilməsi qaydalarının tətbiqi, malların və xidmətlərin MDB ölkələrinin milli bazarlarına yönəldilməsi üçün informasiya-marketinq şəbəkəsinin yaradılmasına dair dövlətlərarası proqramın hazırlanması məsələlərini və Birlik ölkələrinin hamısı üçün qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [19:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]