Moskvada Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçiriləcək
Moskva, 18 dekabr, AZƏRTAC
Dekabrın 24-də Moskva Dövlət Linqvistika Universitetində (MDLU) dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbir MDLU və “Moskva Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” təşkilatı tərəfindən təşkil olunacaq.
Tədbir çərçivəsində iştirakçılar tematik sərgi ilə tanış olacaq, dahi şairin həyat və yaradıcılığı haqqında videoçarx nümayiş etdiriləcək.
Konfransda “Məhəmməd Füzuli və onun Azərbaycan poeziyasında qəzəl janrının inkişafında rolu”, “Məhəmməd Füzulinin rus dilinə tərcümələrinin tarixi”, Məhəmməd Füzulinin “Mətlə ül-etiqad”: tarixi-fəlsəfi təhlil” və digər mövzularda məruzələr dinləniləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]
Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb
- 05.10.2026 [18:01]
Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir
- 05.10.2026 [17:36]
III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib
- 05.10.2026 [17:27]
“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu
- 05.10.2026 [17:16]