MOSKVADA QURANIN QİRAƏTÇİ VƏ HAFİZLƏRİNİN BEYNƏLXALQ MÜSABİQƏSİNƏ YEKUN VURULMUŞDUR
Mükafatlandırma mərasimində iştirak edən Rusiyanın Müftilər Şurasının sədri Ravil Qaynutdin, Moskva İslam Universitetinin rektoru Marat Murtazin, İran Mədəniyyət nümayəndəliyinin başçısı Mehdi İmanipur qiraətçi və hafizlər müsabiqəsinin iki nominasiya üzrə altı qalibinə qiymətli hədiyyələr təqdim etmişlər.
“Quranın oxunması” nominasiyasında azərbaycanlı Namiq Abışov qalib gəlmiş, ikinci və üçüncü yerləri müvafiq olaraq Tverdən İmran Məhəmməd və Nijni Novqoroddan Sultan Süleymanov tutmuşlar.
Quran hafizlərinin müsabiqəsində Rusiyanın Avropa hissəsi müsəlmanları Dini İdarəsinin nümayəndəsi Əbdülkərim Dövlətov qalib gəlmişdir. Moskva İslam Universitetinin tələbəsi Rövşən Tursunxocayev ikinci yeri tutmuş, üçüncü mükafatı isə Almetyevskdən olan İlşad Ziqanşin almışdır.
Müsabiqənin Məkkəni ziyarət etmək hüququ verən xüsusi “Ümrə” mükafatına tacikistanlı Kərimov layiq görülmüşdür.
Müsabiqəni Rusiyanın Müftilər Şurası, Moskva İslam Universiteti və İranın Moskvadakı səfirliyi yanında Mədəniyyət nümayəndəliyi təşkil etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]