Azərbaycan Dövlət İnformasiya Agentliyi

MOSKVADA XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR

Moskva, 26 fevral (AZƏRTAC). Azərbaycanın Rusiyadakı səfirliyində Xocalı faciəsinin 17-ci ildönümü qeyd edilmişdir. “Xocalı: iddia müddəti bitmir” xatirə gecəsi Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin köməyi ilə səfirlik tərəfindən təşkil edilmişdi. Tədbirdə Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyeva, Milli Məclisin deputatı Dünyamin Xəlilov, Türkiyə, İraq, Özbəkistan, Tacikistan, Mali, Sudan, Qırğızıstan səfirləri, Qazaxıstan, Misir, Fələstin səfirliklərinin əməkdaşları, habelə Rusiya elmi ictimaiyyətinin, Azərbaycan diasporunun və gənclərin nümayəndələri, politoloqlar, mətbuat işçiləri iştirak edirdilər.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu gecəni açaraq, keçən əsrin ən dəşhətli cinayətlərindən biri haqqında söhbət açmış, Xocalıda azərbaycanlıların soyqırımını dünyamiqyaslı böyük faciə adlandırmışdır. Diplomat təəssüflə vurğulamışdır ki, bu gün dünyada yeni-yeni münaqişələr baş verir və beynəlxalq birlik öz diqqətini onlara yönəltməli olur. Lakin həlak olanların xatirəsi naminə biz əlimizdən gələni etməliyik ki, Xocalı faciəsindən mümkün qədər çox adam xəbər tutsun və onu unutmasın. Biz elə etməliyik ki, Azərbaycan xalqının dərdini və ağrısını bütün dünyada etiraf etsinlər.

Səfir Xocalı faciəsi haqqında fevralın 26-da “Nezavisimaya qazeta”da dərc edilmiş obyektiv məqalənin müəllifi, rusiyalı jurnalist və politoloq Aleksandr Karavayevə təşəkkürünü bildirmişdir. O demişdir: “17 ildə ilk dəfədir Rusiyanın “Nezavisimaya qazeta” nəşrində bu barədə Aleksandr Karavayevin çox düzgün və gərəkli məqaləsi dərc edilmişdir. Rusiya, rus xalqı və Rusiyada yaşayan xalqlar tarixi bilməli, nələr baş verdiyini və indi nələr baş verməsi haqqında bütün həqiqəti bilməlidir”.

Bununla əlaqədar, səfir Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsünü xüsusi vurğulayaraq demişdir ki, bu qurumun gənclər qanadı Xocalı faciəsi və Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün eyni vaxtda dünyanın bir neçə iri ölkəsində aksiyalar keçirir. Bu, bir daha təsdiq edir ki, böyüməkdə olan nəsil Azərbaycanı bütün dünyada tanıdacaq və Azərbaycan xalqımızın üzləşdiyi faciələrin unudulmasına imkan verməyəcəkdir.

Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyeva öz çıxışında bildirmişdir ki, artıq 17 ildir Azərbaycan xalqı Xocalı faciəsi qurbanlarının işıqlı xatirəsini bütün dünyada ehtiramla yad edir. L.Əliyeva demişdir: “Bu faciə Azərbaycan tarixinə ən dəhşətli və qara səhifələrdən biri kimi həmişəlik yazılmışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları Azərbaycanın Xocalı şəhərini tutmuşdur. Nəticədə şəhərin 613 nəfər dinc sakini, o cümlədən 106 qadın, 70 ahıl yaşlı insan, 63 uşaq amansızcasına öldürülmüş, 155 nəfər itkin düşmüşdür. Bu qəddarlığın, bu vəhşiliyin səbəbi nə idi?” L.Əliyeva həmin suala özü cavab verərək vurğulamışdır ki, bu, qəsdən törədilmiş aksiya, Azərbaycan xalqına qarşı əsl soyqırımı, kütləvi vahimələndirmə aksiyası idi.

L.Əliyeva daha sonra demişdir: “Lakin zaman göstərdi ki, Azərbaycan xalqının əzmi qırılmamışdır və heç vaxt qırıla bilməz. Dəhşətlisi odur ki, belə bir faciə XX əsrin axırlarında törədilmiş və indiyə qədər beynəlxalq birlik tərəfindən bu fakta siyasi-hüquqi və ən başlıcası, mənəvi qiymət verilməmişdir. Biz xalqımızın məruz qaldığı qəddarlığa və haqsızlığa qarşı etiraz səsini ucaltmış bütün insanlara, o cümlədən rusiyalılara minnətdarıq. Azərbaycan torpaqları 20 ildən çoxdur ki, işğal altındadır, ölkədə 1 milyon qaçqın və məcburi köçkün var. Azərbaycan hökuməti bu insanlara çox böyük diqqət yetirir. Çətinliklərə baxmayaraq, Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmamışdır, bütün qaçqın-köçkünlər üçün normal həyat şəraiti təmin edilmişdir”.

L.Əliyeva sözünə davam edərək bildirmişdir ki, Heydər Əliyev Fondu bu problemə çox böyük diqqət yetirir, hər il bu mövzuda kitablar çap edilir, filmlər çəkilir, fotosərgilər və digər aksiyalar təşkil edilir. Bu gün Fondumuz dünyanın 50 ölkəsində Xocalı faciəsinin ildönümünə həsr edilmiş tədbirlər keçirir. Bu tədbirlərə alimlər, tarixçilər, kulturoloqlar, gənclər və kütləvi informasiya vasitələri cəlb olunur. İslam Konfransı Təşkilatının Mədəni Dialoq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi kimi mən 2008-ci il mayın 8-də “Xocalıya ədalət” aksiyası keçirilməsi təşəbbüsünü irəli sürmüşəm. Bu aksiyanın məqsədi faciə haqqında məlumatı beynəlxalq birliyə çatdırmaqdır. Bu gün dünyanın bir sıra ölkələrində “Xocalıya ədalət” veb-saytının təqdimat mərasimləri keçirilir. Bu saytda faciə haqqında mötəbər məlumatlar tapmaq mümkündür”.

Leyla Əliyeva bu kədərli gündə xatirə gecəsinə gələrək, bizi dəstəkləyənlərin hər birinə minnətdarlığını bildirmişdir. O, faciənin şahidləri, gecənin keçirildiyi salonda olan Zaur Əliyevə və Anar Yusubova xüsusi təşəkkür etmişdir. Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri çıxışının sonunda demişdir: “Doğma şəhərində bu faciə baş verəndə onlar lap uşaq idilər. Mən əminəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə ədalətli yolla həll ediləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və bu insanlar öz evlərinə, öz doğma torpaqlarına qayıda biləcəklər”.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Dünyamin Xəlilov bu hadisəni böyük faciə adlandırmışdır. O, ermənilərin Azərbaycan torpaqlarına iddia etmələri, 200 il müddətində onların Azərbaycan və türk xalqlarına qarşı törətdiyi vəhşiliklər haqqında arxiv sənədlərini təqdim etmişdir. Deputat bildirmişdir ki, Azərbaycan parlamenti Xocalı ilə bağlı qanun layihəsi hazırlayır.

Xatirə gecəsində Heydər Əliyev Fondunun köməyi ilə çəkilmiş, günahsız qurbanların işıqlı xatirəsinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir. Səfirliyin foyesində fotosərgi təşkil edilmiş, Xocalı hadisələrinə dair müxtəlif nəşrlər, “İRS-Naslediye” jurnalının nüsxələri paylanmışdır. Jurnalın bu nömrəsində o qanlı qırğını törətmiş hərbi canilərin adları ilk dəfə dərc edilmişdir.

Axırda Xocalı qurbanlarının xatirəsinə ehsan verilmişdir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib