MOSKVADA XƏZƏRİN STATUSU ÜZRƏ İŞÇİ QRUPUNUN İCLASI KEÇİRİLƏCƏK
İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcəkdir.
Rusiya XİN-in İnformasiya və Mətbuat Departamenti bildirmişdir ki, iclasda Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya layihəsinin maddə-maddə müzakirəsini davam etdirmək nəzərdə tutulur. Xüsusi işçi qrupunun işi Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin apreldə Moskvada keçirilən görüşündə müsbət qiymətləndirilmişdir. Nazirlər Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın layihəsini razılaşdırmaqda əhəmiyyətli irəliləyiş olduğunu bildirmişdilər.
Nazirlərin tapşırığını rəhbər tutaraq, qarşıdakı iclasda işçi qrupu Xəzər dənizinin statusu ilə bağlı həll olunmamış qalan məsələləri qarşılıqlı surətdə məqbul əsasda tənzimləmək səylərini davam etdirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]