Azərbaycan Dövlət İnformasiya Agentliyi

MOSKVANIN MERİ BAKIYA SƏFƏRİNİN YEKUNLARINDAN RAZIDIR

İyulun 5-də Moskvanın meri Yuri Lujkov vətənə yola düşməzdən əvvəl, Heydər Əliyev adına beynəlxalq hava limanında Azərbaycan Dövlət televiziyasına müsahibə vermişdir.

Yuri Lujkov Bakıya səfərinin yekunları barədə suala cavab verərək dedi ki, yekunlar çox mühümdür. Əvvəla, biz Azərbaycan Prezidenti İlham Əliyevlə, Baş nazirlə, Baş nazirin birinci müavini ilə görüşdük. Mədəniyyət naziri, Bakının meri ilə, digər rəhbərlərlə də bir sıra məsələlər müzakirə edildi. Ən başlıcası isə, biz istehsalın inkişafı sahəsində bir sıra konkret problemləri birlikdə işlədik, Azərbaycan Prezidentinə məlumat verdik və dövlət başçısı bunları dəstəklədi.

Yuri Lujkov əməkdaşlığın konkret planlarından danışaraq bildirdi ki, Moskva içməli suyun təmizliyini təmin etmək üçün zəruri olan alüminium-sulfat istehsalının inkişafında iştirak etmək niyyətindədir. Biz 20 min ton alüminium-sulfat, habelə qış aylarında şəhər küçələrini təmizləmək üçün işlədilən 5 min ton kalsium-xlorid almaq istərdik. Poliefir qatran, propilen oksidi istehsalının inkişaf etdirilməsi, sintetik kauçuk istehsalatı potensialının bərpası məsələləri müzakirə olundu. Bütün bu məsələlərdə qarşılıqlı anlaşma və qarşılıqlı fəaliyyət məramı oldu, bu isə burada Rusiya biznesinin sərmayələrindən bəhrələnməklə istehsalı inkişaf etdirməyə, iş yerlərinin sayını artırmağa imkan verəcək, habelə Azərbaycana xidmət edəcək və Moskvanın istehsal sistemi üçün faydalı olacaqdır”.

Moskva Azərbaycandan kənd təsərrüfatı məhsulu göndərilməsində də maraqlıdır. Yuri Lujkov həmçinin bildirdi ki, səfər zamanı Azərbaycan tərəfi qənnadı istehsalının inkişafına dair birgə layihəni dəstəklədi. Mer dedi: “Moskva qənnadı istehsalında böyük təcrübəyə malikdir və bu sahə ən yeni texnologiyalarla təchiz edilmişdir. Bu təcrübə yüksək keyfiyyətli məhsul buraxmağa imkan verir. Azərbaycanda kifayət qədər geniş çeşiddə fındıq-qoz, digər meyvələr var və bunlardan istifadə etmək son dərəcə faydalı olardı”.

Moskva rəhbəri dedi ki, Azərbaycan da, öz növbəsində, yeni internet-texnologiyalar təklif etdi. Biz bu məsələləri İlham Heydəroviçlə müzakirə etdikdə o, birgə işimizi çox fəal və böyük maraqla dəstəklədi. Birgə işimiz isə artıq başlanmışdır və olduqca maraqlı və müsbət nəticələrini vermişdir. Bütün bunlar Moskvada Azərbaycan mütəxəssislərinin intellektual potensialından və Moskva şəhər sistemində inkişaf etdirmək və həyata keçirmək imkanlarından istifadə etmək yolu ilə Moskvada reallaşdırıla bilər. Özü də təkcə Moskvada deyil, layihə uğurla inkişaf etdirilərsə, digər şəhərləri, hətta dövlətləri də maraqlandıra bilər.

Moskva merinin sözlərinə görə, Azərbaycan və Moskva hökumətləri arasında külək enerjisindən istifadə sahəsində yaxşı razılaşmalar əldə edilmişdir. Yuri Lujkov dedi ki, “sazişimizdə biz bir külək enerjisi kompleksi göndərməyi öhdəmizə götürmüşük. Sonra isə Azərbaycanın müstəqil enerji təchizatına tələbatı olan müxtəlif bölgələrində bu komplekslərdən istifadə üçün ilk kompleksin işinin səmərəliliyini birlikdə öyrənəcəyik. Bu, su təmizləyən qurğulara, təmiz içməli su alınması üçün ozonlaşdırma sisteminə də aiddir. Gördüyümüz kimi, müzakirə olunmuş məsələlərin hətta sadəcə sadalanması, - mən haqqında danışdıqlarımızın heç də hamısını sadalamadım, - sübut edir ki, səfərimizin əməli tərəfi zəngin olmuşdur. Çox şadam ki, biz qarşı tərəfin də bütün bu məsələlərə maraq göstərdiyini gördük. Üstəlik, bu, yeni iş yerlərinin açılmasına dair Prezident İlham Əliyevin elan etdiyi proqrama uyğundur”.

Yuri Lujkov Azərbaycan-Moskva əməkdaşlığının humanitar sahəsindən də danışdı. O dedi: “Biz Bakı Slavyan Universitetində olduq, orada “Moskva auditoriyası” açılmışdır. Biz ona çoxlu kitab bağışladıq, rus dilinin, ədəbiyyatının öyrənilməsinin təkmilləşdirilməsindən ötrü, tədrisin son metodikaları və paytaxtın mədəni həyatı ilə tanış olmaq üçün Moskvada praktika keçmək məqsədi ilə müəllimlərin, tələbələrin daha fəal qarşılıqlı əlaqələr yaratmasının vacibliyindən danışdıq. Biz təhsil sistemlərindən də söhbət açdıq. Bu sistemlər gələcəkdə də rus dili potensialına malik olmaq üçün hər iki ölkədən ötrü vacibdir. Bu potensial Azərbaycan üçün də, Rusiya üçün də səmərəlidir, çünki heç bir çətinlik olmadan işgüzar məsələlərimizi həll edə, mədəni əlaqələrimizi həyata keçirə bilərik. Söhbət tədrisin rus dilində getdiyi məktəblərə dərsliklər gətirilməsində Moskvanın köməyindən gedir. Bu, faydalıdır və müəyyən maliyyə vəsaiti tələb etmir, Azərbaycanda rus dilinin potensialını dəstəkləmək məqsədini doğruldur.

Moskvanın meri Bakıda həmvətənləri ilə keçirdiyi görüşlər barədə də təəssüratını bölüşərək dedi: “Biz diasporumuzla görüşdük. Sözün yaxşı mənasında, çox təsirli görüş oldu. Rus diasporumuzun nümayəndələrinin çıxışlarını dinlədik, problemlərindən hali olduq, gördük ki, onlar Azərbaycan vətəndaşlarıdır, vətənpərvəridirlər, öz vətənini sevir, Azərbaycan və Moskva hökumətləri arasında əməkdaşlıq proqramı çərçivəsində bu layihələrin həyata keçirilməsində fəal iştirak etməyə çalışacaqlar. Onlar bunun faydalı olduğunu görürlər.

Bundan əlavə, biz Nikitin adına kənd məktəbinə kompüter sinfi üçün avadanlıq bağışladıq. Ola bilsin, bu, problemlərimizi köklü surətdə həll etmir, lakin hər halda, nail olmağa çalışdığımız daha əsaslı və ümumi nəticəni belə kiçik addımlar vasitəsilə əldə edə bilərik”.

Qonaq gələn il Moskvada, Rusiyada Azərbaycan ilinin keçiriləcəyindən danışaraq vurğuladı ki, biz dövlətlərimiz arasında, xalqlarımız arasında qarşılıqlı mədəni əlaqələri bu yolla genişləndirəcəyik. Sovet İttifaqının süqutundan sonra qalan ümumi mədəni məkan bizim sərvətimizdir, onun əsasını başqa xalqların mədəniyyətləri ilə zənginləşmiş milli mədəniyyətlər təşkil edir. Biz mədəni mübadilələri genişləndirməliyik, bu, ölkələrimizin vətəndaşları və mədəniyyət xadimləri üçün gərəkdir. Belə mübadilə olmasa, həqiqi istedad sönməyə başlayacaqdır, ona geniş meydan gərəkdir. Bu geniş meydan isə bizim ümumi mədəni məkanımızdır.

Yuri Lujkov qarşılıqlı əmtəə dövriyyəsinin ildən-ilə artdığını da məmnunluqla qeyd etdi. O dedi: “Prezidentlərimiz əmtəə dövriyyəsinin həcmini yaxın vaxtlarda bir milyard dollar səviyyəsinə qaldırmağı qarşıya vəzifə qoymuşlar. Bu, yaxşı həcmdir, hərçənd son hədd deyildir. Əmtəə dövriyyəsini genişləndirmək ümumi məqsədimizdir və bu məqsəd ondan ötrü əlverişli şərait yaradılması vasitəsilə həyata keçirilməlidir. Güclü topdansatış mərkəzləri yaradılması belə şəraitlərdəndir. Biz bu mərkəzlər üçün Yujnı Butovoda torpaq sahəsi ayırmışıq. Belə mərkəzlər özünü yaxşı doğruldur. Axı, Moskva Rusiya Federasiyasının əsas topdansatış mərkəzidir. Biz Azərbaycanla topdansatış ticarətini inkişaf etdirmək niyyətindəyik”.

Yuri Lujkov dəmir yol tariflərinin və gömrük rüsumlarının yüksək olmasını əməkdaşlığın inkişafına əngəl törədən problemlərdən adlandırdı. O dedi: “Bununla mübarizə aparmaq və bu məsələləri dövlətlərarası səviyyədə həll etmək lazımdır. Mən Moskvaya qayıtdıqdan sonra bu problemlərin həllinin zəruriliyi barədə hökumətin rəhbərliyinə, prezidentə məlumat verəcəyəm. Bütün bunlar texniki məsələlərdir, onların hamısını həll etmək mümkündür. Görüşü başa çatdırarkən biz - Azərbaycan tərəfi də, Moskva tərəfi də qarşıya qoyulan vəzifələrin həllinə ciddi hazır olduğumuzu bildirdik. Düşünürəm ki, biz müvəffəqiyyət qazanacağıq. Mən Prezident İlham Əliyevlə görüşün çox böyük təsiri altındayam. Deyə bilərəm ki, Azərbaycanın bəxti gətirmişdir”.

Moskvanın meri Bakının müasir görkəmi barədə təəssüratını bölüşdü: “Bakıya sonuncu səfərimdən sonra şəhərin simasında yaxşılığa, gözəlliyə doğru ciddi dəyişikliklər gördüm. Şəhər daha təmiz olmuşdur. Problemlər də var və mən bir mer kimi onları görürəm. Bizim vəzifəmiz göz qabağında olan dəyişikliklərdən sevinməkdə deyil, şəhərlərimizdə yaşayan insanlara kömək edən problemləri aradan qaldırmaqdan ibarətdir. Şəhərin daha gözəl, daha təmiz olması xoş təsir bağışlayır. Bu, asanlıqla başa gələn iş deyildir. Şəhərdə çoxlu tikinti gedir. Yeni tikililər şəhərin mərkəzini artıq dövrəyə alır. Düşünürəm ki, onlar tarixi sərvət, şəhərin yaraşığı olan ərazidən kənara doğru irəliləyəcək, Bakı isə dünya səviyyəli müasir şəhər kimi formalaşacaqdır. Mənim yeganə tövsiyəm, - biz bu məsələni Prezident İlham Əliyevlə, Bakının meri ilə də müzakirə etdik, - odur ki, yeni bir şey tikərkən Azərbaycanın qədim və gözəl memarlıq ənənələrinə xələl gəlməsin. Bakı həmişə özünün memarlığı ilə məşhurdur və bu, bakılılara əzizdir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir