Mövlud Çavuşoğlu: Azərbaycanla bu gün də çiyin-çiyinə, tək ürəyik VİDEO
Ankara, 15 sentyabr, AZƏRTAC
Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakının işğaldan azad olunmasının 102-ci ildönümündə əziz şəhidlərimizi ehtiramla anırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu özünün “Twitter” sosial şəbəkə hesabında yazıb.
“Eyni ruh və inamla can Azərbaycanla bu gün də çiyin-çiyinə, tək ürəyik. Odlar Yurduna salamlar olsun”, - deyə Mövlud Çavuşoğlu bildirib.
O, həmçinin paylaşımına Azərbaycan və Türkiyənin hərbi müttəfiqliyini əks etdirən video da əlavə edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:21]
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər
- 01.10.2026 [13:00]
Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər
- 01.10.2026 [12:00]