MÜDAFİƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir, general-polkovnik Səfər Əbiyev fevralın 14-də Slovakiya Respublikasının Rusiya Federasiyasında və eyni zamanda ölkəmizdə akkreditə olunmuş hərbi attaşesi polkovnik İvan Bella ilə görüşmüşdür.
Tanışlıq xarakteri daşıyan görüşdə müdafiə naziri hərbi attaşeni yeni təyinatı münasibətilə təbrik etmiş və Azərbaycan-Slovakiya hərbi əlaqələrinin inkişaf etdirilməsi işində ona uğurlar arzulamışdır.