Müəllimlər üçün təkrar onlayn müsahibələrin nəticələri açıqlanıb
Bakı, 14 iyul, AZƏRTAC
Dövlət ümumtəhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan və ötən müsahibələr zamanı iştirakını təsdiq etməyən 64 namizəd üçün keçirilmiş onlayn müsahibənin nəticələri açıqlanıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsahibədə 44 nəfər uğur qazanıb. Bu barədə məlumat həmin namizədlərin şəxsi səhifələrinə göndərilib. Müsahibələrdə iştirak edərək uğur qazanan namizədlər müddətli müqavilə əsasında çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıblar.
Qeyd edək ki, sözügedən mərhələdə uğur qazanmamış namizədlərin apelyasiyaya müraciət etmək hüququ var. Bununla bağlı əlavə məlumat onların şəxsi səhifələrinə göndəriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:49]
Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
- 06.10.2026 [12:55]
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
- 06.10.2026 [12:10]