Müəllimlərin apellyasiya müsahibələri barədə məlumat onların şəxsi səhifələrinə göndərilib
Bakı, 25 yanvar, AZƏRTAC
Dövlət ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimində vakant yer tutan şəxslərin apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumatlar şəxsi səhifələrinə göndərilib.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, apellyasiyaya müraciət etmiş namizədlər üçün müsahibələr yanvarın 27-də onlayn formatda “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq.
Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.
Namizədlərə müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş təlimatla tanış olmaları tövsiyə edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [11:22]
Doqquz Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq
- 14.10.2026 [10:45]
UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb
- 14.10.2026 [10:42]