Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri şəxsi səhifələrə göndərilib
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 5-18-də keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, onlayn müsahibələrdə iştirak edən 2 min 912 namizəddən 2 min 715-i müddətsiz müqavilə əsasında müəllim olaraq çalışmaq imkanı qazanıb.
Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti müsahibələrin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək. Həmçinin, onlayn müsahibə mərhələsində uğur qazanmayan namizədlər üçün apelyasiya prosesinin təşkili nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:20]
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub
- 12.06.2026 [18:04]
Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir
- 12.06.2026 [17:44]
Regionun aparıcı ali təhsil ocağı: BDU yeni məzunlarını yola salır
- 12.06.2026 [17:20]