Azərbaycan Dövlət İnformasiya Agentliyi

“MUĞAM TELEVİZİYA MÜSABİQƏSİ-2007” QALİBLƏRİNİN QALA-KONSERTİ
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV KONSERTDƏ OLMUŞDUR

“MUĞAM TELEVİZİYA MÜSABİQƏSİ-2007” QALİBLƏRİNİN QALA-KONSERTİ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV KONSERTDƏ OLMUŞDUR

Fevralın 1-də Azərbaycan Dövlət Opera və Balet Teatrında Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında və Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin keçirdiyi və üç aydan çox davam etmiş “Muğam televiziya müsabiqəsi-2007” qaliblərinin qala-konserti olmuşdur.

Salona toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətli alqışlarla qarşıladılar.

Əvvəlcə müsabiqə ilə bağlı hazırlanmış sənədli film göstərildi. Film Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın müsabiqənin qalibləri və münsiflər heyətinin üzvləri ilə görüşündə dediyi “Muğam bizim mədəniyyətimizin, Azərbaycan mədəniyyətinin əsas sütunlarından biridir və əlbəttə, onu qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə çatdırmaq hər bir azərbaycanlının mənəvi borcudur” - sözləri ilə başlayır. Filmdə muğam müsabiqəsinin münsiflər heyətinin üzvləri - xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov, “Muğam televiziya müsabiqəsi-2007” layihəsinin icraçısı, əməkdar incəsənət xadimi Nadir Axundov, eləcə də xalq artisti Alim Qasımov ölkəmizdə xalqımızın milli sərvəti olan muğam sənətinin yaşadılmasına, inkişafına, beynəlxalq aləmdə təbliğinə, muğam ifaçılarının yeni nəslinin yetişdirilməsinə göstərilən diqqət və qayğıdan söhbət açırlar. Onlar musiqimizin şahı sayılan muğama qayğının bu səviyyəyə çatmasında Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərini yüksək qiymətləndirirlər.

Bildirilir ki, Azərbaycan mədəniyyəti və incəsənətinin böyük hamisi ümummilli lider Heydər Əliyevin arzu və istəklərinin həyata keçirilməsi baxımından böyük əhəmiyyət daşıyan “Muğam irs”, “Muğam dəstgah”, “Muğam ensiklopediya”, “Muğam antologiyası”, “Muğam aləmi” və “Muğam Mərkəzi” və sair layihələr milli musiqi tariximizə yeni səhifələr kimi daxil olacaqdır.

Filmdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə buraxılmış “Qarabağ xanəndələri” musiqi albomu barədə ətraflı danışılır, onun təqdimat mərasimindən fraqmentlər göstərilir.

Tamaşaçılar bu filmdə 2005-ci ildə keçirilmiş ilk televiziya muğam müsabiqəsi, Prezident İlham Əliyevin həmin müsabiqənin finalçıları ilə görüşü, dövlətimizin başçısının və YUNESKO-nun baş direktorunun iştirakı ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin təməlqoyma mərasimi, muğam ifaçılarının iştirakı ilə Parisdə, Vaşinqtonda, Rusiyada keçirilmiş konsertlər, muğam haqqında yeni jurnalın nəşri barədə bir daha məlumat alırlar.

Sonra səhnə gənc ifaçıların ixtiyarına verildi. Müsabiqənin qalibləri - Ehtiram Hüseynov “Sarı gəlin” xalq mahnısını, Rəvanə Ərəbova “Şüştər” təsnifini, Nasir Ətəpur “Vilayəti” muğamını, Abgül Mirzəliyev “Şirvan şikəstəsi”ni, Güllü Muradova “Mirzə Hüseyn segahı”nı, Elməddin İbrahimov “Qatar” təsnifini məharətlə ifa etdilər. Onların və musiqiçilərin ifaları hərarətli alqışlarla qarşılandı.

Bu qeyri-adi konsert müsabiqə qaliblərinin ifasında “Qarabağ şikəstəsi” ilə başa çatdı.

Azərbaycan Prezidenti İLHAM ƏLİYEV konsertdən sonra səhnə arxasına gələrək gənc ifaçılarla görüşdü və onlara müraciətlə dedi:

- Sizi təbrik edirəm, muğam müsabiqəsinin qaliblərisiniz. Üç ay ərzində Azərbaycan xalqı bu müsabiqəyə baxırdı, onu izləyirdi və siz çox gərgin mübarizə şəraitində ən qabaqcıl yerləri tuta bilmisiniz. Bu, böyük nailiyyətdir. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, siz gələcəkdə də öz istedadınızla Azərbaycan xalqını sevindirəcək, peşəkarlıq səviyyənizi daha da yüksəklərə qaldıracaqsınız.

Muğam bizim milli sərvətimizdir. Azərbaycan xalqının sərvətidir. Bu aylar ərzində bütün Azərbaycan xalqı muğam sənətini daha da dərindən dərk edə bilmişdir. Artıq bu müsabiqə ənənəvi xarakter daşıyır. Əminəm ki, bundan sonrakı illərdə də bu müsabiqə keçiriləcəkdir və beləliklə, muğam yaşayacaq, inkişaf edəcəkdir. Biz də öz tərəfimizdən hər şey etməliyik ki, bu gözəl sənəti qoruyaq, möhkəmləndirək. Bundan sonrakı nəsillər də muğamın inkişafında öz rolunu oynayacaqlar.

Bu müsabiqə Heydər Əliyev Fondunun və Azərbaycan televiziyasının təşəbbüsü ilə həyata keçirilmişdir. Mən bu təşəbbüsü alqışlayıram. Hesab edirəm ki, çox dəyərli təşəbbüsdür. İndi burada yoxdurlar, amma qiyabi də olsa, münsiflər heyətini də xüsusi qeyd etmək istəyirəm. Onların fəaliyyəti, onların verdikləri şərhlər, sizə məsləhətləri həm sizin üçün, həm də bütün muğamsevərlər üçün çox dəyərli olmuşdur.

Siz də yaxşı bilirsiniz ki, bu aylar ərzində müsabiqəyə demək olar, vətəndaşlarımızın əksəriyyəti baxmışdır. Nəinki Azərbaycanda, bütün başqa ölkələrdə də baxıblar. İndi peyk vasitəsilə Azərbaycan televiziyası başqa ölkələrdə yayımlanır və bilirəm ki, bütün dünya azərbaycanlıları da bu müsabiqəyə böyük maraqla baxmışlar. Həm də onu demək istəyirəm ki, mənim internet saytıma da bununla bağlı çoxlu sayda məktublar daxil olmuşdur. Xaricdə yaşayan azərbaycanlılar öz sevincini, bu müsabiqənin keçirilməsi işində əməyi olan insanların fəaliyyətini xüsusilə qeyd etmişlər.

Bir sözlə, mən bir daha qeyd etmək istəyirəm ki, siz bu aylar ərzində Azərbaycan xalqına sevinc bəxş etmisiniz. Bu müddət ərzində siz artıq tanınan insanlar olmusunuz. Yəqin ki, sizi küçədə görənlər, ictimai yerlərdə görənlər yaxınlaşırlar, danışırlar, öz münasibətlərini bildirirlər. Əminəm ki, siz bundan sonra da bu yüksək səviyyəni saxlayacaq, sözün əsl mənasında, milli ulduzlara çevriləcəksiniz.

İndi Azərbaycanın musiqi sənətində müxtəlif janrlarda ulduzlar var. Bu, təbiidir. Başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da bu olmalıdır və var. Amma mən çox şadam ki, bizim milli musiqi sənətinin ulduzları artıq yaranıblar, işləyirlər, fəaliyyət göstərirlər və Azərbaycan xalqının milli sərvəti olan, bizim musiqi sənətimizin əsası olan muğam sənətini siz belə gözəl təbliğ edirsiniz.

Mən sizə gələcək fəaliyyətinizdə də uğurlar arzulayıram. Əminəm ki, siz bundan sonra, hələ uzun illər ərzində Azərbaycan xalqını öz sənətinizlə sevindirəcəksiniz. Sizi bir daha təbrik edirəm.

X X X

Dövlətimizin başçının təbrik sözünü diqqətlə dinləyən və alqışlarla qarşılayan muğam ifaçıları, incəsənət ustaları Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.

Prezident İlham Əliyev və xanımı gənc ifaçılarla xatirə şəkli çəkdirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib