Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mülki müdafiə orqan və qüvvələrinin idarəedilməsinin təşkili - Kəngərlidə təlim VİDEO

Naxçıvan, 7 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Kəngərli rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarəedilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təlimdə Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini polkovnik Ələsgər Ələsgərov, Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, FHN-in aidiyyəti strukturlarının nümayəndələri, Əlahiddə Ümumqoşun Ordunun nümayəndələri, Fövqəladə Hallar Komissiyası, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər.

Əvvəlcə, Kəngərli rayonunda təlim üçün nəzərdə tutulan qərargahda müşavirə keçirilib.

Müşavirədə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsinin rəisi polkovnik-leytenant Şərif Əsədov mülki müdafiə tədbirlərinin icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini önə çəkib, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən bəhs edib.

Sonra kompleks mülki müdafiə təliminə start verilib.

Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarəolunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılmasından ibarət olub. Bununla yanaşı, təlim keçirilərkən əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri tərəfindən şərti olaraq fövqəladə hal baş vermiş ərazidə kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, partlayış baş vermiş obyektdə axtarış-xilasetmə işləri həyata keçirilib. Eyni zamanda, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi, kommunal-enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması, epidemiya və epizootiyaya qarşı mühafizə işlərinin reallaşdırılması, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların zəruri həyat təminatlarının təşkil edildiyi çadır şəhərciyində müvəqqəti olaraq yerləşdirilməsi tədbirləri simulyasiya edilib.

Kompleks mülki müdafiə təliminə ümumilikdə 404 nəfərdən ibarət şəxsi heyət və 52 texnika cəlb edilib.

Tədbirin gedişində FHN-in qüvvələri, rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti təşkil edilməklə qarşıya qoyulan məqsədlərə nail olunub.

Təlimdən sonra Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi və Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən tədbirdə iştirak edən qurumların əməkdaşlarına fəxri fərmanlar təqdim edilib.

Müxbir - Nail Əsgərov

Mülki müdafiə orqan və qüvvələrinin idarəedilməsinin təşkili - Kəngərlidə təlim VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən konsert proqramı təşkil olunub

Yazıçılar Birliyində “Səhifələrdən obrazlar” sərgisi açılıb

Zelenski: Ukrayna Rusiyaya atəşin dayandırılmasını təklif edib

Zaqatalalı kümçülərə ipəkqurdu paylanılır

Zaqatalada Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə 5 mindən çox gül əkiləcək

Qarabağ regionunun mədəniyyət işçiləri intellektual yarışda biliklərini sınayıblar

İordaniya mətbuatı Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü barədə yazır

Heydər Əliyevin dövlətçilik fəlsəfəsi: tarixi dəyərlər əsasında gələcəyə baxış

Fariz Əliyev: Azərbaycan ITF-ə sədrliyi dövründə qlobal nəqliyyat gündəliyinə töhfə verən mühüm təşəbbüslərlə çıxış edib

Fərid Qayıbov: “Hökumət” və “Parlament” komandaları arasında oyun turnirə xüsusi rəng qatdı VİDEO

Fərid Qayıbov: “Hökumət” və “Parlament” komandaları arasında oyun turnirə xüsusi rəng qatdı VİDEO

Kaya Kallasın səfəri həm diplomatik mesajlar, həm də regional şərtlər baxımından diqqətəlayiqdir - ŞƏRH

lll Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində panel müzakirələri davam edir

Dövlət qurumları arasında IV minifutbol turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Dövlət qurumları arasında IV minifutbol turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Franklin Hoyer: Azərbaycan ITF-ə uğurlu sədrliyi ilə fəxr etməlidir VİDEO

Franklin Hoyer: Azərbaycan ITF-ə uğurlu sədrliyi ilə fəxr etməlidir VİDEO

İsveçdə 13 yaşdan etibarən uşaqlara elektron nəzarət tətbiq oluna bilər

SOCAR komandasının baş məşqçisi: Finaldakı böyükhesablı qələbə bizim üçün sürpriz oldu

“Qarabağnamə” Balakəndə sənətsevərlərə təqdim olunub

Baş katib: Azərbaycanın ITF-də irəli sürdüyü dekarbonizasiya məsələləri COP çərçivəsində təşəbbüslərin məntiqi davamıdır

Dövlət qurumları arasında IV minifutbol turnirinin qalibi bəlli olub

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb

İsrail və Livan nümayəndələri gələn həftə Vaşinqtonda görüşəcəklər

Sahibə Qafarova Monteneqro parlamentinin sədri ilə görüşüb

Bu il müşahidə olunan qeyri-sabit hava şəraiti kənd təsərrüfatına 13 milyon manat ziyan vurub

FAO təmsilçisi: Gənclərin aqrar sahəyə cəlb edilməsi vacib məsələdir

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı olub – YENİLƏNİB

AZƏRTAC-ın əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər VİDEO

AZƏRTAC-ın əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər VİDEO

İyirmi beş min abonentin su təchizatı fasiləsiz olacaq

Meksika paytaxtının yerləşdiyi ərazi sürətlə çökür

Azərbaycan və Macarıstan beyin mərkəzləri arasında akademik əlaqələr genişlənir

Bora Atagören: Azərbaycan şəhərsalma sahəsində Türk dünyası üçün nümunəvi mərkəzə çevrilib

Orxan Məmmədov: Sevindirici haldır ki, azarkeşlər oyunlara kifayət qədər maraq göstərirlər

Sumqayıtda yataqxana binasında yanğın olub, sakinlər təxliyə ediliblər VİDEO

Sumqayıtda yataqxana binasında yanğın olub, sakinlər təxliyə ediliblər VİDEO

Azərbaycan və Çexiya enerji əməkdaşlığını genişləndirir

Beynəlxalq Dəniz Təşkilatının Hüquq Komitəsinin 113-cü sessiyasında ölkəmiz təmsil olunub

Azərbaycan aqrar sahədə süni zəka və “ağıllı kənd” modelini genişləndirir

Azərbaycanı Avropa çempionatında 9 taekvondoçu təmsil edəcək

Maliyyə Nazirliyinin kollektivi ağacəkmə aksiyası keçirib

Emin Əmrullayev: Bu qədər azarkeş önündə futbol oynamaq maraqlı təcrübə oldu

Fidan Hacıyeva: Yubiley ilimdə Prezident mükafatına layiq görülmək qürurvericidir

Türkiyəli nazir: Qardaş Azərbaycanı Beynəlxalq Nəqliyyat Forumuna uğurlu sədrliyi münasibətilə təbrik edirik

Mədəniyyət xalqın böyük sərvətidir - sərgi

Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib

Anar Heybətov: Prezident mükafatı yaradıcılığıma böyük stimul verir

“Heydər Əliyevin elm strategiyası gənc alimlərin tədqiqatlarında” - elmi konfrans

Dövlət qurumları arasında keçirilən yoldaşlıq oyunu heç-heçə ilə bitib

“Caspian Agro Week” çərçivəsində III Beynəlxalq Aqrar İnnovasiya Forumu keçirilib

Paytaxtda ictimai iaşə obyektində istehlaka yararsız qida məhsulları aşkarlanıb

AQTA “Doğru seçim, yüksək nəticə” adlı maarifləndirici layihəyə start verib

“Ədəbiyyat adamı - 2026” mükafatı təqdim edilib

Daha 200 şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

Azərbaycan və Finlandiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Politoloq: Avropa ölkələri Azərbaycanla münasibətləri daha da inkişaf etdirməyə maraq göstərir

Hazırda Azərbaycanın hərbi-texniki əməkdaşlığı çox geniş coğrafiyanı əhatə edir - ŞƏRH

Azərbaycan və Monqolustan arasında məhkəmə-hüquq sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi diqqətdədir

Naxçıvanda aktiv təsərrüfat subyektlərinin sayı 20 faizdən çox artıb

Sahibə Qafarova: Parlament diplomatiyası fikir ayrılıqları olduğu hallarda da konstruktiv əməkdaşlıq üçün platforma təqdim etməlidir

Mayın 14-dək meteor yağışı müşahidə olunacaq

Monqolustanın Baş prokuroru: Memorandum iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanlar açır

Şirkət meneceri: “Caspian Agro Week” sərgisi təqdim olunan xidmət və məhsulların keyfiyyətinə görə fərqlənir

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır

Hicran Nəsirova: Yaradıcılığıma göstərilən bu etimada görə ölkə başçısına minnətdaram

Uşaqların qidalanması necə təşkil olunmalıdır?

Beynəlxalq maliyyə bazarlarında risklərin artması Azərbaycan bank sektorunun sabitliyinə hansı təsirlər göstərə bilər?

Azərbaycan boksçuları “Heydər Əliyev Kuboku”nu 45 medalla başa vurublar

YAP nümayəndələri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər

“Real Madrid”in futbolçusu komanda yoldaşı ilə davadan sonra xəstəxanaya yerləşdirilib

® “Trendyol Plus” Azərbaycanda: 10 ödənişsiz çatdırılma və xüsusi endirimlər

SOCAR San-Marino ilə təbii qaz tədarükü və bərpaolunan enerji sahələrində əməkdaşlığı dəyərləndirib

® “Ziraat Bank Azərbaycan” “Human vs AI” mövzusunda tədbirə dəstək olub

Alimlər komanda ilə özü-özünü məhv edə bilən “canlı plastik” hazırlayıblar

Azərbaycanın və Monqolustanın Baş prokurorları Milli Aviasiya Akademiyasında olublar VİDEO

Azərbaycanın və Monqolustanın Baş prokurorları Milli Aviasiya Akademiyasında olublar VİDEO

UNEC-də II Beynəlxalq Türk Dünyası İqtisad Konfransı təşkil edilib

Telman Nüsrətoğlu: Azərbaycanla əməkdaşlıq Avropa üçün strateji zərurətə çevrilib

Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna sədrliyi dövründə təşkilatın sıraları daha da genişlənib

WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib

Avropa İttifaqı–Azərbaycan münasibətləri konkret mexanizmlərlə idarə olunan əməkdaşlıq modelinə çevrilib - RƏY

Azərbaycan klubu baş məşqçi ilə müqavilənin müddətini uzadıb

“Sağlamlıq və texnologiyanın zirvəsi” - Konfrans

On doqquz ölkədən gələn yeni təyin olunmuş diplomatlara Böyük Qayıdış prosesi haqqında məlumat verilib

“Shell”in xalis mənfəəti artıb

Türk ekspert : Azərbaycan Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib

İslam İnkişaf Bankı Qrupu Azərbaycana süni intellektlə bağlı maliyyə dəstəyi verməyə hazırdır

Qlobal elmi arenada nüfuz qazanan “Acta Botanica Caucasica” jurnalı akademik platformaya çevrilib

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 30 yanvar tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Nazirlik: Yeni qanun əməkhaqqı sahəsində gender bərabərliyinin daha dolğun təminatına xidmət edir

Kaya Kallasın səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərinin etimadlı və dinamik inkişafının göstəricisidir – ŞƏRH

“Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 13 avqust tarixli 478 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ulu Öndərin 103 illiyinə həsr olunmuş XIII Spartakiada başa çatıb

Füzulidə təhsilin dirçəlişi: Mirzə Uluqbəy adına məktəbdə uğurlu gələcəyin təməli qoyulur FOTO VİDEO

Füzulidə təhsilin dirçəlişi: Mirzə Uluqbəy adına məktəbdə uğurlu gələcəyin təməli qoyulur FOTO VİDEO

İğdırdakı Heydər Əliyev adına liseydə “Bir millət, iki dövlət” adlı sinif otağı açılıb

“İxtisas attestatının forması, attestatın verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya onun ləğv edilməsi və ixtisaslaşmış podratçıların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi və “İxtisaslaşmış podratçılara verilən ixtisas attestatının forması, onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 217 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Müayinə və texniki xidmətlə bağlı tələblərə riayət olunmasına monitorinqin keçirilməsi Qaydası”nın təsdiq edilməsi və “Müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 214 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Avropa İttifaqı 2030-cu ilədək 15 milyon insanı yoxsulluqdan çıxarmağı planlaşdırır

Vəkilliyə qəbulla bağlı test imtahanında 315 nəfər uğur qazanıb - YENİLƏNİB

AzTU komandasının startapı Xankəndidə keçirilən festivalda birinci yerə layiq görülüb

Ədəbiyyat İnstitutunda Pakistan nümayəndələri ilə görüş: ortaq dəyərlər və yeni layihələr

Rəsul Rzanın ev-muzeyində tədbir - Bir ocaqda iki şairin işığı

Ruslan Atakişiyev: Bir sıra ölkələrdə İslam bankçılığı məhsulları ilə ənənəvi bank məhsulları paralel təklif olunur

Bakıda şadlıq evində istehlaka təqdim edilən ətlərdə at DNT-si aşkarlanıb