“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının Abay Kunanbayevə həsr edilmiş xüsusi buraxılışı çap olunub
Bakı, 26 aprel, AZƏRTAC
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” beynəlxalq elmi jurnalının son sayı qazax yazılı ədəbiyyatının görkəmli yaradıcısı olan Abay Kunanbayevə həsr edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bir sıra nüfuzlu beynəlxalq indekslərə daxil olan “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının bu sayında Abay haqqında yerli, eləcə də xarici müəlliflərin araşdırma məqalələri yer alıb.
Xüsusi buraxılış institutun direktoru, akademik İsa Həbibbəylinin “Böyük qazax mütəfəkkiri Abay və Azərbaycan” başlıqlı məqaləsi ilə açılır. Məqalədə Abay Kunanbayevin qazax ədəbiyyatının, maarifçiliyinin inkişafında rolu, Azərbaycanda böyük sənətkara olan münasibət tədqiqata cəlb edilib.
Dərgidə, eyni zamanda, Xalq yazıçısı Mirzə İbrahimovun “Xalqın böyük sənətkarı”, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın “Ağaclar quruyub qocalar kimi, göylərə yalvarır budaqlayanda” və görkəmli qazax ədibi Muxtar Auezovun “Böyük yaradıcı” adlı məqalələri yer alıb. Həmçinin Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, professor Məmməd Əliyevin “Abayın tarixi-bədii obrazı” sərlövhəli məqaləsi də bu saya daxil edilib.
Xüsusi buraxılışda Abay Kunanbayevin həyat və fəaliyyəti haqqında Azərbaycan, türk və rus dillərində 21 məqalə yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]