SİYASƏT
Müqəddəs Taxt-Tacın Dövlət katibi Azərbaycana səfərə gəlib
Bakı, 11 noyabr, AZƏRTAC
Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli və digər rəsmi şəxslər qarşılayıblar.