Murmanskda “İyirmi il Şuşasız” sərgisi açılmışdır
Bakı, 11 may (AZƏRTAC). Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Murmansk regional bölməsində “İyirmi il Şuşasız” mövzusunda sərgi təşkil edilmişdir.
Sərginin açılışında ÜAK-ın Murmansk bölməsinin sədr müavini Vüsal İbrahimov çıxış etmişdir. Azərbaycanın incisi Şuşa şəhərinin Ermənistan silahlı dəstələri tərəfindən işğal edilməsindən söhbət açan V.İbrahimov bu məlumatları slayd-şou ilə şərh etmişdir.
Bölmənin ofisində düzəldilmiş stendlərdə “Qarabağ reallıqları” silsiləsindən “Xocalı soyqırımı”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti”, “Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri”, “Qarabağ münaqişəsinin başlanması”, “Qarabağın tarixi haqqında qısa məlumat” kitabları və digər nəşrlər nümayiş etdirilirdi.
Azərbaycan diasporunun üzvləri Vidadi Hümbətov, Amil Vəliyev, Əli Məmmədhüseyn oğlu, Yaqub Şükürov, Mirkamal Əliyev və Namiq Hüseynov sərginin açılışında çıxış etmişlər. Onlar bildirmişlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yönəlmiş səyləri Azərbaycanın işğal altında olan bütün torpaqlarının tezliklə dinc yolla qaytarılacağına ümid verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]