Murmanskda Miqrasiya Xidməti İşçiləri Günü qeyd olunmuşdur
Bakı, 19 iyun (AZƏRTAC). Murmanskda miqrasiya xidməti işçilərinin peşə bayramına və xidmətin 20 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaq keçirilmişdir.
Tədbirdə həmvətənlərimiz, o cümlədən Murmansk vilayəti İctimai Palatasının üzvü, Ümumrusiya Azərbaycan Konqresinin vilayət bölməsinin sədri Afil Hüseynov da iştirak etmişlər.
Qubernator Marina Kovtun Rusiya Federal Miqrasiya Xidmətinin Murmansk vilayəti üzrə İdarəsinin əməkdaşlarını və veteranlarını təbrik edərək bildirmişdir ki, miqrasiya xidmətinin ərazi bölmələri çətin və məsuliyyətli missiyanı yerinə yetirirlər. Bir tərəfdən Rusiyanın miqrasiya cəlbediciliyini artırmaq, digər tərəfdən qeyri-leqal miqrasiyanın qarşısını almaq lazımdır. O, demişdir: “Əminəm ki, Rusiya Miqrasiya Xidməti Murmansk İdarəsinin əməkdaşları bu vəzifənin öhdəsindən şərəflə gəlirlər və ölkəmizin çiçəklənməsinə öz töhfələrini verəcəklər”.
Regionun rəhbəri Murmansk miqrasiya xidmətinin əməkdaşlarına təşəkkür məktubları və “Zapolyaryedə rəşadətli əməyə görə” fəxri nişanları təqdim etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi
- 14.10.2026 [23:55]
Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir
- 14.10.2026 [22:48]
Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub
- 14.10.2026 [22:42]
Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə
- 14.10.2026 [22:04]