Murmanskın əsas bayramı – Balıqçı günü qeyd ediləcəkdir
Bakı, 3 iyul (AZƏRTAC). Gələn bazar günü, iyulun 8-də Murmanskda şəhər sakinlərinin ən çox xoşladığı bayram - Balıqçı günü qeyd ediləcəkdir. Bu bayram Murmanskda 1962-ci ildən qeyd edilir.
Bu il Balıqçı günü münasibətilə Murmanskın mərkəzində yerləşən iki meydançada - “Arktika” mehmanxanasının və “Meridian” konqres-otelinin yaxınlığında şəhər sakinləri üçün əyləncəli proqram təşkil ediləcəkdir.
Balıqçı günündə Murmansk sakinləri musiqi dinləyəcək, mahnı oxuyacaq və rəqs edəcəklər. Bayrama populyar müğənni Valeri Syutkin də dəvət edilmişdir.
Şimallıları rəqs müsabiqələri, viktorinalar və idman oyunları da gözləyir.
Qeyd etmək lazımdır ki, iri liman təsərrüfatının mütəxəssisləri, gəmi sükançıları və mexanikləri arasında bizim həmvətənlərimiz də az deyildir. Vaxtilə Murmansk ticarət və balıq limanlarını, Uzaq Şimalın nəqliyyat və balıq ovu donanmalarını yaratmağa gəlmiş bu insanlar talelərini həmişəlik bu şəhərlə bağlamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi
- 14.10.2026 [23:55]
Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir
- 14.10.2026 [22:48]
Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub
- 14.10.2026 [22:42]
Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə
- 14.10.2026 [22:04]
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [22:02]