Muromda norovirusa yoluxma hallarının sayı artır
Moskva, 10 aprel, AZƏRTAC
Rusiyanın Vladimir vilayətinin Murom şəhərində kəskin bağırsaq infeksiyası hallarının sayı artmaqda davam edir, kran suyunun çirklənməsi infeksiyanın yayılmasının əsas səbəbi olaraq qalır.
AZƏRTAC xəbər verir ki, kran suyu nümunələrində və yoluxmuş şəxslərdə 2-ci tip norovirus aşkar edilib. Rusiya İstintaq Komitəsinin bölgə üzrə məlumatına görə, kütləvi zəhərlənməyə bu virus səbəb ola bilər.
Vladimir vilayəti hakimiyyətinin məlumatına görə, 188 uşaq da daxil olmaqla 385 nəfərdə yoluxma halı qeydə alınıb.
Hakimiyyət orqanları əhalinin bir hissəsini hepatit A-ya qarşı peyvənd etməyi planlaşdırır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.09.2026 [16:38]
Rumıniya hərbi limanlarda ABŞ istehsalı olan antidron sistemləri yerləşdirir
- 17.09.2026 [16:25]
İsveçdə parlament seçkilərinin nəticələri məlum olub
- 17.09.2026 [16:19]
Yaponiya Nazirlər Kabinetinin tərkibi yenilənib
- 17.09.2026 [15:24]
İrakli Kobaxidze: Gürcüstan İrana qarşı müstəqil sanksiya tətbiq etmir
- 17.09.2026 [15:10]
Türkiyədə 9 cinayətkar dəstə ifşa olunub
- 17.09.2026 [13:48]