MÜŞAHİDƏÇİLƏR SEÇKİLƏRİN GEDİŞİNDƏN RAZIDIRLAR
12 saylı seçki məntəqəsinin sədri Bəsti Ağayeva AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, məntəqədə vətəndaşların sərbəst şəkildə səs vermələri üçün lazımi şərait yaradılmışdır. Hər iki məntəqə fasiləsiz elektrik enerjisi, normal telefon rabitəsi, kompüter avadanlığı və digər zəruri xidmətlə təmin edilmişdir. 952 seçicinin səs verəcəyi məntəqəmizdə səsvermə başlayandan 16:00-dək heç bir qanun pozuntusu müşahidə olunmamışdır. Seçicilər səsvermədə mütəşəkkil qaydada iştirak edirlər.
13 saylı seçki məntəqəsinin sədri Arif Həsənovun sözlərinə görə, seçkilərdə məntəqə üzrə seçici hüququ olan 1313 vətəndaş iştirak edir və onlar deputatlığa 12 namizəd içərisindən ən layiqlisini seçməlidirlər. Müşahidəçilər tərəfindən hələlik heç bir narazılıq edilməmişdir.
Azərbaycan Liberal Partiyasının üzvü, seçkidə müşahidəçi qismində iştirak edən Ruqiyyə Məmmədova: Seçki tam normal keçir. Hələlik, heç bir iradım yoxdur.
“Hüquq və İnkişaf” qeyri-hökumət təşkilatının nümayəndəsi Vüqar Xəlifəquliyev: Seçkilər demokratik, azad, şəffaf şəraitdə keçirilir. Heç bir qanun pozuntusuna rast gəlməmişəm.
Müstəqil müşahidəçilərdən Rəiyyət Hacıyev, Zamiq Atayev, Hikmət Nurullayev və başqaları da seçkilərin qanun çərçivəsində və mütəşəkkil keçdiyini vurğulamışlar.
Musiqi müəllimi Arifə Məmmədova, pensiyaçı Azər Əliyev məntəqədə heç bir təzyiqlə üzləşmədiklərini və istədikləri namizədə səs verdiklərini söyləmişlər.