MÜŞAHİDƏÇİLƏR SEÇKİLƏRİN NORMAL KEÇDİYİNİ BİLDİRİRLƏR
ATƏT-in müşahidəçilər missiyasının və Bolqarıstan Mərkəzi Seçki Komissiyasının üzvü Elena Markova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsində təkrar seçkilər normal keçir. Onun müşahidə apardığı 10 seçki məntəqəsində seçicilər noyabrın 6-da keçirilmiş seçkilərə nisbətən daha fəaldırlar, məntəqə komissiyalarının üzvləri öz vəzifələrini daha yaxşı bilirlər. Təkrar seçkilər ümumən yaxşı təşkil olunmuşdur. Bu dairənin 10 seçki məntəqəsində respublikaçıların Amerika Beynəlxalq İnstitutu “exit-poll” keçirir.
ATƏT-in Azərbaycandakı müşahidəçilər missiyasının rəhbəri Leo Platvoyet də bu dairənin seçki məntəqələrində olmuşdur.
Sumqayıt şəhər Prokurorluğunda müraciətlərə operativ baxılması üçün “qaynar xətt” yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [11:47]
Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
- 10.10.2026 [20:45]