Musiqi məktəbi tədris ili üzrə yekun hesabat konsertini onlayn formada təqdim edib
Bakı, 25 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 24 nömrəli onbirillik musiqi məktəbi 2020-2021-ci tədris ili üzrə yekun hesabat konsertini onlayn formada təqdim edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, məktəbin şagirdləri bir-birindən fərqli nömrələrlə həm Azərbaycan, həm də xarici bəstəkarların əsərlərini səsləndiriblər.
Qeyd edək ki, məktəb 2020-2021-ci tədris ilini müvəffəqiyyətlə tamamlayıb, bir çox şagirdlər həm beynəlxalq, həm də respublika müsabiqələrində uğurla iştirak edərək laureat adına layiq görülüblər.
Videoçarx məktəbin sosial şəbəkə hesabları üzərindən paylaşılıb.