MƏDƏNİYYƏT
Musiqili Teatrda növbəti tədbir - “Heydər Əliyev dərsləri”
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrında 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr edilmiş “Heydər Əliyev dərsləri” adlı tədbir keçirilib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Teatrın direktoru çıxışında dövlətimizin şərəfli müstəqillik tarixindən bəhs edərək deyib ki, bu gün Azərbaycan xalqının şanlı tarixindəki parlaq səhifələrdən biridir.
Müstəqillik Günün xalqımızın müstəqillik və istiqlaliyyət uğrunda mübarizəsindən danışan Ə.Lalayev “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbulundan sonra ölkəmizin beynəlxalq arenada əldə etdiyi uğurlardan, nailiyyətlərdən söz açıb.
“Qazanılan bütün uğurlar ulu öndər, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Çağdaş Azərbaycan dövlətinin banisi olan Heydər Əliyev təkcə xalqımızın deyil, ümumiyyətlə, bəşər tarixinin nadir şəxsiyyətlərindən, dünya miqyaslı dövlət xadimlərindən biridir. Biz bugünkü Azərbaycan dövlətinin var olmasına görə məhz Heydər Əliyevə borcluyuq”, - deyə teatrın direktoru qeyd edib.