MÜŞTƏRƏK MÜƏSSİSƏLƏR VƏ ƏMƏLİYYAT ŞİRKƏTLƏRİ İYUNDA TƏBİİ QAZIN HASİLATINI ARTIRMIŞLAR
Müştərək müəssisələrdə və əməliyyat şirkətlərində çalışan neftçilər iyun ayında qaz hasilatının həcmini artırmışlar. Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumata görə, bu qurumlar iyun ayı ərzində faktik olaraq 8 min kubmetr, yəni proqnozdan 0,6 min kubmetr artıq qaz çıxarmış və aylıq tapşırığa 108,1 faiz əməl etmişlər. Cari ilin əvvəlindən bəri isə bu qurumlar tərəfindən 45 min kubmetr əvəzinə, 57,3 min kubmetr təbii yanacaq hasil olunmuşdur. Ötən ilin yanvar-iyun aylarında bu rəqəm 48,7 min kubmetr təşkil etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [13:11]
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək
- 23.09.2026 [12:39]