Azərbaycan Dövlət İnformasiya Agentliyi

Muxtar respublika qadınları dövlət quruculuğunda, ictimai həyatda fəal iştirak edirlər

“Naxçıvan qadınlarının sahibkarlıq fəaliyyəti: əzmkarlıqdan nailiyyətə” mövzusunda keçirilən tədbir başa çatıb

Naxçıvan, 30 may, Rauf Kəngərli, AZƏRTAC

Mayın 30-da Naxçıvan Biznes Mərkəzində 2019-cu ilin Naxçıvan Muxtar Respublikasında “Ailə təsərrüfatları ili” elan olunması ilə əlaqədar “Naxçıvan qadınlarının sahibkarlıq fəaliyyəti: əzmkarlıqdan nailiyyətə” mövzusunda keçirilən tədbir başa çatıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, qadınların Azərbaycan cəmiyyətində rolunun artırılması, onların bütün sahələrdə olduğu kimi, iqtisadiyyat sahəsinə bərabərhüquqlu vətəndaş olaraq cəlb olunması ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-qadın siyasətinin bəhrəsidir. Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə sahibkarlığın inkişafına, bu prosesdə qadınların fəallığının artırılmasına hərtərəfli şərait yaradılıb. Naxçıvan Muxtar Respublikasında da qadınlar yaradılmış münbit şəraitdən istifadə edərək təhsil alır, peşə səviyyəsini artırır, ictimai-siyasi, mədəni proseslərdə iştirak edir, dövlət qurumlarında, o cümlədən hüquq-mühafizə orqanlarında, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində fəaliyyət göstərir, özəl sektorda geniş təmsil olunurlar. Bütün bunlar Naxçıvan qadınlarının iqtisadi sahədə artan fəallığını göstərir. Təsadüfi deyil ki, bu gün muxtar respublikada fəal əməklə məşğul olan və iqtisadiyyatın müxtəlif sahələrində işləyən əhalinin 33 faizini qadınlar təşkil edir.

Ramilə Seyidova vurğulayıb ki, muxtar respublikada qadınların ilkin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər davamlı xarakter alıb. Belə ki, son illərdə muxtar respublikada təsisçisi və sahibkarı qadın olan bir sıra sahibkarlıq subyektlərinə ilkin biznesə başlamaları və fəaliyyətlərinin genişləndirilməsi üçün 1 milyon 790 min manat məbləğində güzəştli şərtlərlə kreditlər verilib. Bu tədbirlərin məntiqi nəticəsidir ki, qadınların sahibkarlıq fəaliyyətinə marağı artır və onlar ərzaq və kənd təsərrüfatı məsullarının istehsalında önəmli rol oynayırlar. Hazırda muxtar respublikada 5 min 478 fiziki, 49 isə hüquqi şəxs olmaqla, ümumilikdə, 5 min 527 qadın sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Sahibkar qadınlar əsasən istehsal, əczaçılıq, ictimai-iaşə sahələri, sənaye materiallarının satışı və lavaş istehsalı, digər ticarət və xidmət sahələrində fəaliyyət göstərirlər.

Qeyd olunub ki, bu gün muxtar respublikada qadınlar, xüsusən də aztəminatlı, sağlamlıq imkanları məhdud qadınlar üçün maliyyə savadlılığının artırılması, ailə büdcəsinin idarə olunması ilə bağlı təlimlərin keçirilməsi onların idarəetmə vərdişlərinin yüksəldilməsinə, gəlir mənbələri qismən məhdud olan qadınların sahibkarlıq fəaliyyətinə təşviq edilməsinə yönəlib. Muxtar respublikada müxtəlif beynəlxalq layihələr də həyata keçirilir. Növbəti layihə çərçivəsində yaradıcılığa və ya istehsala meyilli 250-dən çox sahibkar qadın təlimlərə cəlb olunub. Onlara müəyyən həcmdə sərmayə köməkliyi göstəriləcək.

“Muxtar respublikada ailə təsərrüfatlarının inkişafına göstərilən qayğının nəticəsidir ki, 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunub, bu sahənin inkişafı ilə bağlı Tədbirlər Planı təsdiq edilib. Ailə təsərrüfatlarının yaradılması və inkişafı yeni istehsal müəssisəsi yaratmadan məşğulluq problemini həll edir, əhali gəlirlərinin həcminin artmasına müsbət təsir göstərir”, - deyən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri bildirib ki, Naxçıvanda təsərrüfat subyektlərinə kredit dəstəyinin göstərilməsi əhali tərəfindən ailə təsərrüfatlarına olan marağı artırıb, muxtar respublikada yeni ailə təsərrüfatları yaradılıb. Təkcə 2018-ci ildə 14 ailə təsərrüfatına 253 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilib. Hazırda muxtar respublikada 1022 ailə təsərrüfatından 177-si qadınlardır. Qarşıdakı dövrdə onların sayının artacağı şübhəsizdir. Qadınların bu uğurlarının təməlində dövlətimizin böyük dəstəyi və davamlı qayğısı var.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışında qeyd edib ki, bu gün dünya ölkələri Azərbaycanın qabaqcıl qadın hərəkatı tarixinə böyük maraq göstərirlər. Bugünkü konfrans da qadınlarımızın iqtisadi hüquqlarının daha da güclənməsinə mühüm töhfədir. Komitə sədri bu tədbirin keçirilməsinə yaratdığı şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığını bildirib.

Hicran Hüseynova vurğulayıb ki, Azərbaycanda siyasi, iqtisadi, sosial, mədəni, humanitar sahələrdə görülən işlər Naxçıvan Muxtar Respublikasından da yan keçmir. Naxçıvan da sürətlə inkişaf edir, müxtəlif sahələrdə qazanılan uğurlar, iqtisadiyyatda, sosial və mədəni həyatdakı yeniliklər diqqəti çəkir. Blokadanın yaratdığı çətinliklərə baxmayaraq, muxtar respublika gündən-günə tərəqqi edir. Ulu Öndər tərəfindən əsası qoyulan quruculuq xəttinin Prezident İlham Əliyev tərəfindən daha da gücləndirilməsi muxtar respublikada da böyük dəyişikliklərə səbəb olub. Dövlətimizin başçısının həm hərbi, həm iqtisadi sahədə göstərdiyi dəstək sayəsində Azərbaycanın bu diyarının uğurları ildən-ilə artır. Naxçıvanda bütün sahələrdə əldə edilən nailiyyətlər isə hər şeydən əvvəl sakinlərin rifahının yaxşılaşdırılmasına xidmət edir. Burada sənaye dinamik inkişaf edir, sahibkarlığa əlverişli şərait yaradılır, mövcud müəssisələrin fəaliyyəti bərpa olunur, yeni-yeni istehsal sahələri yaradılır. Naxçıvan şəhəri də daxil olmaqla, muxtar respublikanın bütün bölgələrində kompleks abadlıq-quruculuq işləri aparılır.

Hicran Hüseynova deyib: Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun qayğısı nəticəsində muxtar respublikada hər bir vətəndaşın sosial müdafiəsi güclənir və onlar üçün bərabər şərait yaradılır. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması, “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın qəbul olunması yalnız ailələr üçün deyil, həm də qadınlar üçün yeni imkanlar açıb. Bu gün muxtar respublika qadınları dövlət quruculuğunda, ictimai həyatda fəal iştirak edirlər. Gənc qızların müəyyən peşələrə yiyələnməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün Naxçıvanda xalçaçı, keçəçi, dərzi, ağac üzərində oyma və digər peşə kursları təşkil olunur, onların məşğulluğunun təmin edilməsi üçün emalatxanalar tikilir. Naxçıvan qadınlarının sosial və iqtisadi həyatda çox aktiv iştirak etməsi bizi sevindirir. Xüsusilə də aztəminatlı və sağlamlıq imkanları məhdud ailənin üzvü olan qadınlar arasında özünüməşğulluğun təmin edilməsi sahəsində görülən işlər təqdirəlayiqdir.

Vurğulanıb ki, bu gün Azərbaycanda qadın hərəkatı gündən-günə inkişaf edir. Bu, həm bizim zəngin ənənələrlə, həm də həyata keçirilən dövlət-qadın siyasəti və yaradılan şəraitlə bağlıdır. Ölkəmizin qarşısında “Gələcəyə baxış” İnkişaf Konsepsiyası və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, Strateji Yol Xəritəsinin həyata keçirilməsi kimi çox mühüm bir öhdəlik var. Sənəddə gender bərabərliyinin təmin edilməsi və bütün sahələrdə qadınların imkanlarının genişləndirilməsi əsas hədəflərdən biridir. Sevindirici haldır ki, qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Onlar hər zaman Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunublar. Bu gün qadınlarımız, gənc qızlarımız sərbəst təhsil alır, peşəkarlıq səviyyələrini artırır, ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Ölkənin 8 regionunda yaradılan Qadın Resurs mərkəzləri qadınların iştirakçılığının artırılması üçün sistemli şəkildə iş aparır. Statistik rəqəmlər də müsbət dinamikadan xəbər verir. Belə ki, əgər 2012-ci ildə sahibkar qadınlar 17 faiz idisə, 2019-cu ilin əvvəlinə bu göstərici 30 faizdən çoxdur. Artan bu dinamikanı Naxçıvanda da görürük.

“Mən sizin uğurlarınıza ürəkdən sevinirəm və inanıram ki, Naxçıvanda bu tədbirdə iştirak edən qadınlar kimi işgüzar, aktiv qadınlar çoxdur və ildən-ilə onların sayı artır”, - deyən komitə sədri bildirib ki, bu gün dünyada gedən proseslər qadınlardan daha aktiv münasibət gözləyir. Azərbaycanın, Naxçıvanın böyük oğlu Hüseyn Cavidin sözləri ilə desək, “Sürüklənən bəşəriyyət qadınla yüksələcək”. Buna görə də qadınlar öz güclərinə inanmalı, potensiallarını, şəxsi keyfiyyətlərini inkişaf etdirməlidirlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək qeyd edib ki, müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev deyib: “Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir”.

Azərbaycan qadını bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib, ölkəmizə ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş edib. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu təsdiq edib. Azərbaycan qadınları öz dərin zəkaları və fəaliyyətləri ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.

Surə Seyid vurğulayıb ki, Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-qadın siyasəti qadınların cəmiyyətdəki statusunun və rolunun yüksəldilməsi ilə nəticələnib. Həyata keçirilən genişmiqyaslı fəaliyyət qadınların ictimai və siyasi fəallıqlarının yüksəlməsinə, onların mənəvi və intellektual potensiallarının artırılmasına, sosial müdafiələrinin möhkəmləndirilməsinə təkan verib. Bu sahədə aparılan siyasətin davamı olaraq son illər dövlət başçısı tərəfindən ölkəmizin sosial-iqtisadi inkişafına və beynəlxalq iqtisadi sistemə inteqrasiyasına xidmət edən bir çox uğurlu layihələrə imza atılır. Respublikamızda aparılan iqtisadi islahatlar, quruculuq işləri, əhalinin hüquqi maarifləndirilməsi insanların sosial həyatında nəzərəçarpacaq dəyişikliklər yaradır. Bu genişmiqyaslı ictimai-siyasi proses muxtar respublikada da uğurla həyata keçirilir.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində müasirləşən və inkişaf edən muxtar respublikamızda bütün sahələrdə yaradılan şərait qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına yol açır”, - deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri diqqətə çatdırıb ki, qadınların iqtisadi güclənməsi qadın sahibkarlığının inkişafına təkan verir, əlverişli hüquqi baza yaradılır, dövlət tərəfindən qadın sahibkarlara qayğı göstərilir. Qadınların iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə hüquqi, texniki və maliyyə yardımlarının göstərilməsi, güzəştli kreditlərin verilməsi istiqamətində mühüm addımlar atılır. Həyata keçirilən islahatlar qadınlar arasında iqtisadi fəallığı artırır. Qadınların iqtisadi təşəbbüskarlığının artması, mikro, kiçik və orta biznesdə geniş təmsil olunması ölkənin sosial-iqtisadi inkişafı, məşğulluğun təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, bu gün ölkəmizdə formalaşan müasir ailə institutu milli dəyərlər sisteminin daşıyıcısı kimi cəmiyyətin inkişafında əsas rol oynayır. İqtisadi inkişafda ailə biznesinin qurulması, ailə təsərrüfatının formalaşması yeni dövrün iqtisadi mexanizmi kimi xüsusi əhəmiyyət kəsb edir. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muxtar respublikanın sosial-iqtisadi inkişafı haqqındakı çıxışında deyib: “Yeni müəssisələr yaradılarkən muxtar respublikanın bütün rayonları üzrə əmək və xammal ehtiyatları, təsərrüfatçılıq ənənələri nəzərə alınmalıdır. Ailə təsərrüfatlarının yaradılması və inkişafı yeni istehsal müəssisəsi yaratmadan məşğulluq problemini həll edir, əhali gəlirlərinin həcminin artmasına müsbət təsir göstərir. Ona görə də ailə təsərrüfatlarının yaradılmasına üstünlük verilməlidir”.

Naxçıvanda hər il ənənə halını almış “Ailə təsərrüfatı festivalının” keçirilməsi, 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilməsi də ailələrin iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən, məşğulluğun, sahibkarlığın, yerli istehsalın artırılmasına hesablanmış iqtisadi strategiyadır. İstənilən ailə təsərrüfatı davamlı inkişaf edirsə, bu təsərrüfatın kiçik sahibkarlıq subyektinə çevrilməsi də qaçılmazdır. Bu proses Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafına öz müsbət təsirini göstərəcəkdir.

Surə Seyid deyib ki, bu gün dünyada ailə biznesinin təsiri ilə böyüyərək inkişaf etmiş və dünya iqtisadiyyatında mühüm yer tutmuş yüzlərlə şirkət var. Nəsillər dəyişsə də, ailə biznesləri öz ənənəsinə sadiqliyini qoruyub saxlayır və gələcək nəsillərə ötürür. Əminik ki, beynəlxalq təcrübəyə əsaslanan “Ailə təsərrüfatları ili”ndə həyata keçirilən tədbirlər muxtar respublikada ailə biznesinin inkişafına, qadınların iqtisadi gücünün artırılmasına öz töhfəsini verəcək, ölkəmizin gələcək iqtisadi tərəqqisinə xidmət edəcəkdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova, “Zümrüd Geyim” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mehrəngiz Əkbərova, ailə təsərrüfatçısı Sürəyya Quliyeva çıxış ediblər. Çıxışlarda bildirilib ki, 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması müxtəlif təsərrüfat sahələrində çalışan qadınlar üçün yeni imkanlar yaradıb. Bu gün muxtar respublika qadınlarının bütün uğurlarının təməlində dövlətimizin böyük dəstəyi və davamlı qayğısı dayanır. Məhz bunun nəticəsidir ki, dövlətçiliyimizin möhkəmlənməsi və iqtisadiyyatımızın tərəqqisində qadınlarımız yaxından iştirak edir, qadınların yaratdığı ailə təsərrüfatlarının sayı durmadan artır.

Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovaya ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsində göstərdiyi xüsusi xidmətlərə görə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təsis edilən xatirə medalı təqdim olunub. Muxtar respublikanın bir qrup fəal qadın sahibkarına isə komitənin diplomları təqdim edilib.

Naxçıvan televiziyasının hazırladığı “Dünənimizdən bu günə: iqtisadiyyatımız və qadınlar” mövzusunda filmin nümayişindən sonra Naxçıvan Biznes Mərkəzində sərgilənən muxtar respublikada istehsal edilən məhsullarla tanışlıq olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: Müəllimlərin tədris prosesinə vahid geyim formasında cəlb olunmasının müsbət təsirləri çoxdur

Rafael Qrossi İran və ABŞ arasında memorandumun imzalanmasını alqışlayıb

Avropa İttifaqında qeyri-qanuni miqrantlarla bağlı yeni qaydalar təsdiqlənib

Nazir: Sukuklardan yalnız müsəlman ölkələri deyil, qeyri-müsəlman dövlətlər də geniş istifadə edir

Hadi Əl-Yami: Dövlətlər süni intellekt üzrə milli fəaliyyət planları hazırlamağa təşviq edilməlidir

Ağasəlim Mircavadov: Azərbaycan klublarının avrokuboklardakı rəqiblərini zəif hesab etmək olmaz

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Astanada ölkəmizin səfirliyini ziyarət edib

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2018-ci il 23 fevral tarixli 20/01-002 nömrəli Qərarı ilə təsdiq edilmiş “Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”da dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin QƏRARI

Ceff Bezos: Süni intellekt kadr çatışmazlığına səbəb olacaq

Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib

Qərb bölgəsinin ədəbi irsi və Azərbaycan dili - elmi konfrans

Litva hökuməti iyunun 23-də istefa verəcək

BNF-nin beynəlxalq seminarlarında Azərbaycanın nəqliyyat və aviasiya sahələrindəki təcrübəsindən danışılıb

Malayziya Mərkəzi Bankı: Hazırda qlobal dövriyyədə olan sukukların həcmi 1 trilyon dolları ötür

Xamis Seyranov: Kadr hazırlığı və texnoloji yenilənmə metrologiyanın gələcəyini formalaşdırır

Sabah Azərbaycanda havanın temperaturu 38 dərəcəyədək yüksələcək

Özbəkistan üçün tarixi məqam

UNEC dünyanın ən yaxşı 634-cü universitetidir

Milli Kitabxanada İnsan Hüquqları Gününə həsr olunmuş sərgilər açılıb

Beş ayda ölkədə istehsal edilən tikinti materiallarının həcmi açıqlanıb

İşğal dövründə Azərbaycan ərazilərində qəbiristanlıqlar vandalizmə məruz qalıb

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 5 faizdən çox artıb

Tarlalardan 443 min tondan çox tərəvəz yığılıb

Xəzərin sahilində əfsanəyə çevrilən dağ VİDEO

Xəzərin sahilində əfsanəyə çevrilən dağ VİDEO

Şotlandiyalı peşəkar boksçu faciəvi şəkildə vəfat edib

Qəbul imtahanında 400 bal toplayan abituriyent: Dərslərimə hər zaman ciddi yanaşmışam

Amina Buayaş: Süni intellektin nəzarətsiz istifadəsi fundamental hüquqları təhlükə altına salır

Fransa hökuməti yüksəkvəzifəli məmurlar üçün məcburi narkotik testləri tətbiq edəcək

Elbrus İsayev: Qərbi Azərbaycan minilliklər boyunca formalaşmış tariximizin, mədəniyyətimizin və mənəvi köklərimizin ayrılmaz hissəsidir

Nigerin paytaxtında hava limanı ərazisində partlayış və atışma səsləri eşidilib

Mark Rütte: NATO ABŞ-nin alyansda iştirakını azaldacağını nəzərə almalıdır

XVII əsrin yadigarı: İçərişəhərin Yeraltı hamamı VİDEO

XVII əsrin yadigarı: İçərişəhərin Yeraltı hamamı VİDEO

Almaniyanın iki hərbi gəmisi Qırmızı dənizə daxil olub

İƏT Komissiyasının direktoru: Süni intellektə yalnız risk mənbəyi kimi baxmaq olmaz

Moskvaya dron hücumları nəticəsində aeroportların işində problemlər yaranıb

Bu saata olan əsas xəbərlər

Əl-Casir: Azərbaycanın yenidənqurma və inkişaf səylərinə sadiqliyimizi bir daha təsdiqləyirik

AzMİU ilə Məhkəmə Ekspertizası Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan simfonik musiqisinin banilərindən biri – Cövdət Hacıyev

Sabah respublika üzrə pensiyalar tam ödənilərək yekunlaşdırılacaq

Hadi Əl-Yami Azərbaycanın rəqəmsal transformasiya sahəsində nailiyyətlərini yüksək qiymətləndirib

Təcrübə-Sənaye Zavodu Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur

“Şəms” tərcümə şirkəti: Yeni texnologiyaların tətbiqi zamanın tələbidir VİDEO

“Şəms” tərcümə şirkəti: Yeni texnologiyaların tətbiqi zamanın tələbidir VİDEO

Bu ilin beş ayında əlilliyi olan 6700 şəxsə 281 min reabilitasiya vasitəsi verilib

Musa Qasımlı: Azərbaycan təhlükəsizlik və insan hüquqları sahəsində nümunə göstərir

Əli Əhmədov: Təhsil, elm və səhiyyə sahələrində Azərbaycan-Rusiya əməkdaşlığı məzmunu və dinamik inkişafı ilə fərqlənir

III ixtisas qrupunda ən yüksək nəticəni göstərən Zeynəb Quliyeva: Hüquqşünas olmağı planlaşdırıram

İkinci rübdə neft daşınmalarının 4,8 faiz azalması gözlənilir

Elm və təhsil naziri: Qərbi Azərbaycan mövzusu artıq strateji fəaliyyət istiqamətinə çevrilib

Konstitusiya Məhkəməsinin sədri: Gələcəyin hüquq sistemi insan mərkəzli inkişaf konsepsiyası üzərində qurulmalıdır

Beş ayda külək elektrik stansiyalarından istehsal 67 dəfəyə yaxın artıb

Fərhad Abdullayev: Süni intellekt məhkəmə sistemində böyük imkanlar yaradır

Bu il qlobal neft tələbatının gündəlik 103,2 milyon barelə enəcəyi gözlənilir

Əli Əhmədov: Parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi qanunvericilik fəaliyyətinin səmərəliliyinin artırılmasına kömək edir

Konstitusiya Məhkəməsinin sədri: Süni intellekt hüquqi dövlət prinsipləri kontekstində qiymətləndirilməlidir

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 28 faiz artıb

BDU QS reytinqində 565-ci yerə yüksəlib

Bu ilin 5 ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 6,3 faiz artım qeydə alınıb

Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Pakistan daha 485 nəfər əfqan məhbusu azad edib

AQTA: Ölkəmizdə təkdırnaqlı heyvanlar arasında epizootoloji vəziyyət sabitdir

Azərbaycan Ombudsmanı süni intellektin insan hüquqlarına təsirini araşdırır

Səlahiyyətli nümayəndə: Festival-konqres Qərbi Azərbaycanın zəngin irsinin yaşadılmasına və təbliğinə mühüm töhfə verəcək

Rusiya Federasiya Şurası sədrinin birinci müavini humanitar əlaqələrin ikitərəfli əməkdaşlığın inkişafında xüsusi rolunu vurğulayıb

Laçında işəgötürənlər və işçilər əməyin mühafizəsi barədə məlumatlandırılıblar

Xalq artisti: Missiyamız zəngin musiqi ənənələrimizi gənclərə öyrətmək və yaşatmaqdır VİDEO

Xalq artisti: Missiyamız zəngin musiqi ənənələrimizi gənclərə öyrətmək və yaşatmaqdır VİDEO

Ronaldu dünya və Avropa çempionatlarında 10 oyundur qol vura bilmir

ADNSU QS dünya universitetləri reytinqində irəliləyərək 711-ci yerə yüksəlib

Ötən ay qeyri-OPEC+ üzrə neft tədarükü sutkada 58,5 milyon barelə çatıb

DİN: Axtarışda olan 148 nəfər saxlanılıb

Ombudsman: Azərbaycanda süni intellektin tətbiqi insan hüquqlarına əsaslanan prinsiplər üzərində qurulur

® Mərkəzi Gömrük Hospitalının transplantoloqu “Tərəqqi” medalı ilə təltif olunub

Andrey Yatskin: Rusiya və Azərbaycan liderləri ikitərəfli əməkdaşlığın strateji vektorunu müəyyənləşdirirlər

Azərbaycandan nəql olunan qazın 54 faizi Bakı-Tbilisi-Ərzurum kəmərinin payına düşüb

Quş qripi Avstraliyada dəniz fili balalarının 76 faizinin ölümünə səbəb olub

Akustik kriminalistikanın elmi problemlərinə dair tədqiqat aparılır

Prezident İlham Əliyevin Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciəti strateji baxışın konseptual təqdimatıdır - ŞƏRH

Bakı–Tbilisi–Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Mayda qlobal neft tədarükü gündəlik 94,47 milyon barelədək geriləyib

Andrey Yatskin: Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlığı müntəzəm və sistemli əsasda inkişaf edir

Yardımlıda 6500 ədəd xaş-xaş kolu məhv edilib

Formula 1: “Maklaren” FIA-nın qərarından apellyasiya şikayəti verib

II ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən abituriyent: ADA Universitetində təhsil almaq istəyirəm

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Prezident: Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir

Ülvi İsgəndərov: Bakı klublarından təkliflər var idi, amma “Araz-Naxçıvan” mənim üçün doğmalaşıb - MÜSAHİBƏ

Əli Əhmədov: Parlamentlərarası Komissiya Azərbaycan-Rusiya dialoqunun inkişafında mühüm platformadır

Yaponiyada dağlarda köməksiz qalan xarici turistlərin sayı rekord həddə çatıb

Çində daşqınlarla əlaqədar 40 minə yaxın sakin təxliyə olunub

Bakıda Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilir VİDEO

Bakıda Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilir VİDEO

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qazaxıstana işgüzar səfər edib

“Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına

AzMİU dünyanın ən yaxşı 1000 universiteti sırasında yer alıb

Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib

Ombudsmanların Beynəlxalq Bakı Sammiti keçirilir VİDEO

Ombudsmanların Beynəlxalq Bakı Sammiti keçirilir VİDEO

Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının III mərhələsində iştirak edəcəklər

Kürmük çayında sel təhlükəsi - Qaxda sel daşqınlarına qarşı tədbirlər gücləndirilib VİDEO

Kürmük çayında sel təhlükəsi - Qaxda sel daşqınlarına qarşı tədbirlər gücləndirilib VİDEO

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib YENİLƏNİB

Azərbaycanda ilk dəfə 3 universitet TOP 800-ə daxil olub

Fransada qaradərili gənclərin hədəfə alındığı iddia edilir