Muxtar respublikada 84 milyon 463 min manatlıq sənaye məhsulu istehsal edilib
Naxçıvan, 13 mart, AZƏRTAC
Cari ilin yanvar-fevral aylarında muxtar respublikada 84 milyon 463 min 100 manatlıq sənaye məhsulu istehsal edilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, 2025-ci ilin müvafiq dövründəki göstəricidən 17,8 faiz çoxdur.
Sənaye məhsulunun 68 milyon 227 min 700 manatı və ya 80,8 faizi malların, 16 milyon 235 min 400 manatı və ya 19,2 faizi isə xidmətlərin payına düşüb. Məhsulunun 76,5 faizi emal, 21,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Müxbir - Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:54]
Cəlilabadda qədim yaşayış məskəni tapılıb
- 29.09.2026 [19:08]
Ağstafada müəllimlər arasında yarış olub VİDEO
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:30]
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:31]