Muxtar respublikada yeni dərs ilində 52 min 500-dən çox şagird məktəbə gedəcək
Naxçıvan, 15 sentyabr, AZƏRTAC
Muxtar respublikada yeni tədris ilində 5 min 224 şagird I sinifdə təhsil alacaq.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muxtar respublikada yeni dərs ilində 211 ümumtəhsil məktəbində 52 min 648 şagird təhsilə başlayır. Oktyabrın 1-dən isə məktəbəhazırlıq siniflərinə 3 min 584 uşağın qəbul olunması gözlənilir.
Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə ümumtəhsil məktəblərini 2911 məzun bitirib. Onlardan 275 abituriyent 500-dən yuxarı bal toplayıb ki, onların da 165-i, yaxud 60 faizi qızlar, 110-u, yaxud 40 faizi isə oğlanlardır. Ali məktəblərə qəbulda muxtar respublikanın 110 məktəbinin məzunları 500-700 arası nəticə göstərib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:07]
Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar
- 01.10.2026 [12:06]
Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO
- 01.10.2026 [12:05]
Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO
- 01.10.2026 [11:15]
Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq
- 01.10.2026 [11:10]
Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb VİDEO
- 01.10.2026 [09:35]
Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO
- 30.09.2026 [21:56]