MYANMA İTTİFAQININ DÖVLƏT SÜLH VƏ İNKİŞAF ŞURASININ SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB TAN ŞVEYƏ
Hörmətli cənab Sədr,
Ölkənizdə baş vermiş qasırğa nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayır, xəsarət alanlara şəfa diləyirəm.
Bu ağır anlarda Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Myanma xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 7 may 2008-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:32]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [16:12]
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib VİDEO
- 14.10.2026 [22:02]
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [21:38]