Myanmada güclü daşqınlar minlərlə insanı yerindən didərgin salıb
Bakı, 10 oktyabr, AZƏRTAC
Myanmanın cənubundakı Baqo bölgəsinə yağan güclü yağışlar minlərlə insanı yerindən didərgin salıb və dəmir yolu nəqliyyatının dayanmasına səbəb olub.
AZƏRTAC “Sinxua” agentliyinə istinadla xəbər verir ki, bu barədə bazar ertəsi yerli hakimiyyət orqanları məlumat yayıb.
Baqo bölgəsinin Sosial Rifah, Yardım və Köçürmə Komitəsinin rəhbəri Thaung Şve bildirib ki, daşqınlar səbəbindən ümumilikdə 14304 nəfər 36 düşərgəyə sığınıb.
O, suyun səviyyəsinin qalxması ilə əlaqədar xilasetmə işlərinin davam etdiyini söyləyib.
Ölkənin Nəqliyyat və Rabitə Nazirliyi bildirib ki, Yanqona gedən iki sərnişin qatarındakı 800-ə yaxın sərnişin daşqın səbəbindən axşam qayıqla Yanqona aparılıb. Baqodan keçən dörd sərnişin qatarı reysi də daşqın səbəbindən bazar günü ləğv edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]