Myanmanın cənubunda genişmiqyaslı daşqınlar çoxlu sayda insanı didərgin salıb
Bakı, 29 iyul, AZƏRTAC
Myanmanın cənub bölgələrini və əyalətlərini əhatə edən daşqınlar on minlərlə insanı köçkün vəziyyətinə salıb və infrastruktur obyektlərini su altında qoyub.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Meteoroloji Agentliyi məlumat yayıb. Bildirilib ki, Myanmanın cənubundakı 4 bölgə və 13 şəhərdə çayların səviyyəsi xəbərdarlıq həddini keçib.
Baqo bölgəsinin Baqo qəsəbəsində son günlərdə yağan leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 4793 evdən ümumilikdə 18210 nəfər təxliyə edilib. Kayin əyalətində çayın səviyyəsinin qalxması səbəbindən 370 ailə qəsəbədəki 11 yardım mərkəzinə sığınıb.
Hesabatda qeyd edilib ki, Ayeyarvadi bölgəsində və Mon əyalətində dəmir yolları və magistral yollar su altında qalıb, məktəblər isə daşqınlar səbəbindən bağlanıb.
Təsirə məruz qalan ərazilərdə yerli hakimiyyət orqanları, yanğınsöndürmə xidmətinin əməkdaşları və xilasedicilər sakinlərin təxliyəsi, onların qida, içməli su və sığınacaq ilə təmin edilməsi üçün birgə işləyirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]