İQTİSADİYYAT
“Nar” 4G şəbəkəsi Naxçıvanda!
Bakı, 9 fevral, AZƏRTAC
“Nar” fevralın 9-dan etibarən Naxçıvan Muxtar Respublikasında 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.
AZƏRTAC xəbər verir ki, artıq Naxçıvanda yaşayan “Nar” abunəçiləri yüksək sürətli və dayanıqlı mobil internetdən yararlana biləcəklər.
“Nar”ın Baş icraçı direktoru Qunnar Panke bildirib ki, “müştəri məmnuniyyəti hər zaman işimizin təməlində dayanır. Bu mənada, yüksəkkeyfiyyətli mobil rabitə xidmətlərinin yalnız paytaxt Bakıda deyil, eləcə də bölgələrdə təqdim edilməsi “Nar” üçün xüsusi önəm daşıyır”.
Hazırda “Nar” 4G şəbəkəsi hava limanı ərazisi də daxil olmaqla, Naxçıvan şəhərini, o cümlədən Şahbuz rayonunda yerləşən Ağbulaq istirahət mərkəzini əhatə edir. Mobil operator bu ilin sonunadək muxtar respublika ərazisində 4G baza stansiyalarının sayını iki dəfə artırmağı planlaşdırır.
Qeyd edək ki, ölkə üzrə “Nar” şəbəkəsi ərazinin 98,1%-ni, əhalinin isə 99,8%-ni əhatə edir.