NARIN VİLAYƏTİNDƏ İTƏN VERTOLYOT QƏZAYA UĞRAMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qırğızıstanın Narın vilayətində itən vertolyot qəzaya uğramışdır. Bu haqda Qırğızıstanın Ekologiya və Fövqəladə Hallar Nazirliyi məlumat yaymışdır. Məlumatda deyilir ki, 2 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır. Onlardan 7 nəfərin vəziyyəti ağırdır. Ağır yaralılardan biri Kanada vətəndaşıdır.
Son məlumata görə, zərərçəkənlər “Mastur” sərhəd keçidinə gətirilmişlər. Qəzanın səbəbləri araşdırılır.