“NARKOMANİYAYA YOX DEYƏK!” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Dəyirmi masanın keçirilməsindən məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, onlarda narkomanlığın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaqdır. Dəyirmi masada “Narkotika və sağlamlıq”, “Başlanğıc səhv”, “Asılılıq necə başlanır”, “Narkotika həyatı məhv edir” və digər mövzular ətrafında maraqlı müzakirələr aparılmışdır.